ABŞ prezidenti Barak Obamanın Amerika xalqına Suriya ilə bağlı müraciətindən sonra Rusiya prezidenti Vladimir Putinin yeni ampluada çıxış edərək, mötəbər New York Times qəzetində dərc etdiyi məqaləsi Ağ Evdən tutmuş adi amerikalılara qədər reaksiyalara səbəb olub.
ABŞ Dövlət katibi Con Kerri və Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov arasında Cenevrədə Suriyanın kimyəvi silahlarının beynəlxalq nəzarətə verilməsinə dair danışıqlardan öncə dərc edilən məqalədə cənab Putin birbaşa amerikalılara üz tutub ABŞ-ın mümkün hərbi hücumu əleyhinə fikirlərilə bölüşüb.
Rusiya prezidentinin çoxlarının təəccüblə qarşıladığı məqaləsinə ilk reaksiyanı Ağ Ev verib. Administrasiyanın yüksək səviyyəli rəsmisi cənab Putinin prezident Obamanın müraciətində Amerikanın müstəsnalığı ilə bağlı tənqidi fikirlərinin məsələyə dəxli olmadığını deyib:”Bunların məsələyə heç bir dəxli yoxdur. O, təkliflə çıxış edib və bütün diqqəti buna yönəldib. Bu, yaxşı haldır. Ən yaxşı reaksiyadır. O, Suriyanın kimyəvi silahlardan tərksilah olması məsələsilə məşğul olur və bu da kimyəvi silahların müəyyən edilib qarşısının alınması, lakin onların hamısının məhvinə gətirib çıxarmayacaq hərbi hücumdan potensial olaraq daha yaxşıdır. İş indi onun əlindədir. O bunu öz himayəsinə alıb və işi yerinə yetirməlidir.”
Ağ Evin sözçüsü Cey Karni isə bildirib ki, Rusiya Suriyada avqustun 21-də zəhərli qazdan istifadə edilməsində müxalifəti ittiham edərək, təcrid olunmuş və tək mövqeyi ifadə edir. “Hətta İran kimi ölkələr də Suriya prezidenti Bəşar Əl-Əsədin məsuliyyət daşıdığı məsələsində razıdır”-deyə Cey Karni bildirib.
ABŞ Dövlət Departamentinin nümayəndəsi Meri Harf da eyni fikri səsləndirərək deyib ki, “Əsəd rejimindən başqa kiminsə bunu etdiyini düşünmək absurd olardı.”
Pentaqonun sözçüsü Corc Littl də məqalədə keçən ay kimyəvi silahlardan istifadəyə görə Suriya müxalifətinin məsuliyyət daşıması haqda fikrin cənab Putinin tək bölüşdüyü mövqeyi əks etdirdiyini deyib.
Amerikalılar Rusiya prezidentinin məqaləsində prezident Obamanı “motivlərdən asılı olmayaraq, insanlara onların müstəsna olduqlarını təlqin etməyin təhlükəli olduğunu” deyərək tənqid etməsinə reaksiya veriblər.
Ağ Evin sözçüsü Cey Karni cənab Obamanın fikirlərini müdafiə edib. “Rusiyadan fərqli olaraq ABŞ dünyada demokratiya və insan hüquqlarının müdafiəsinə qalxır”-deyən Cey Karni Rusiya prezidentinin məqaləsini dərc edilməsinin Amerikanın unikallığını daha da qabarıq nümayiş etdirdiyini bildirib. “Məqalənin dərc edilməsində bir ironiya var, çünki o, bu ölkədə ifadə azadlığının unikal ənənəsini əks etdirir”-deyə Cey Karni bildirib və Rusiyada söz azadlığının son zamanlar məhdudlaşdırıldığını əlavə edib.
Ağ Evin sözçüsü həmçinin qeyd edib ki, Rusiya prezidenti Suriyanın kimyəvi silahlarının təhvil verilməsi məsələsinin həllində prestiji və qabiliyyətini ortaya atıb.
ABŞ Konqresinin nüfuzlu üzvləri də Vladimir Putinin məqaləsinə münasibət bildiriblər. Konqresin Nümayəndələr Palatasının spikeri Con Beyner özünü təhqir olunmuş hiss etdiyini deyərək, məqalənin onun prezident Putinin kimyəvi silahların təhvil verilməsi üçün Suriya prezidenti Bəşar Əl-Əsədlə danışıqlara getmək təşəbbüslərinin motivlərinə nəyə görə şübhə ilə yanaşmasının səbəblərini göstərdiyini bildirib.
Konqresin Nümayəndələr Palatasında demokratların lideri Nensi Pelozi Rusiya prezidentinin məqaləsinə Tvitter sosial şəbəkəsində münasibət bildirib. “Ümid etmək olar ki, prezident Putin “tanrının bizim hamımızı bərabər yaratdığını unutmamalıyıq” deyəndə Rusiyada homoseksualları da nəzərdə tutub”-deyə Nensi Pelozi Tvitter hesabında yazıb.
Amerikanın Səsinə müsahibədə Karneqi Sülh Fondunun eksperti Endrü Veys deyib ki, cənab Putinin mesajı amerikalılarda rəğbət doğurmur. “Burada prezident Obamaya qarşı çox tənqid var, o mənada ki, elə bil özünü aqressor kimi aparan və Rusiyanın əzizlədiyi beynəlxalq prinsipləri pozan Amerikadır”-deyə o bildirib. Endrü Veys ABŞ prezidenti Bil Klinton dövrü Milli Təhlükəsizlik Şurasında Rusiya üzrə ekspert olub.
Brukinqs institutunda Rusiya üzrə təhlilçi Klifford Qeddy bununla razılaşmır. Putin haqda kitabın həmmüəllifi olan Qeddi Rusiya liderinin ölkənin priorotetləri və ABŞ-ın Suriya məsələsində qətiyyətsizliyindən istifadə edərək dəlillər gətirə bildiyini deyib. “O, ABŞ-ın siyasətində qeyri-müəyyənlik və ictimai fikrin ABŞ-ın hərbi hücumu əleyhinə formalaşması nəticəsində yaranmış imkandan istifadə edib”-deyə o bildirib.

Cey Karni: Hətta İran kimi ölkələr də Suriya prezidenti Bəşar Əl-Əsədin məsuliyyət daşıdığı məsələsində razıdır

Məqalənin dərc edilməsində bir ironiya var, çünki o, bu ölkədə ifadə azadlığının unikal ənənəsini əks etdirir