Accessibility links

ABŞ, Britaniya və Fransa BMT-də Suriyaya dair yeni qətnamə haqda razılıq əldə edib


ABŞ, Fransa və Britaniya Suriyanın kimyəvi silahlarını təhvil verməsi üçün son möhlət müəyyən edilməsi məqsədilə BMT-nin yeni daha ciddi qətnaməsinə ehtiyac olduğuna dair razılıq əldə edib.

Britaniyanın Xarici işlər naziri Villiam Heyq bunun mürəkkəb bir vəzifə olduğunu deyib. O həmçinin prezident Bəşar Əl-Əsədə təyziq göstərməyə davam etdirilməsinin vacibliyini vurğulayıb.

Suriya hökuməti ötən ay Dəməşq yaxınlığında kimyəvi silahlardan hökumət qüvvələri deyil, üsyançıların istifadə etdiyini bildirir.

Vilyam Heyq, Fransanın xarici işlər naziri Loran Fabius və ABŞ Dövlət katibi Con Kerri Parisdə keçirilən görüşdən sonra açıqlama veriblər. ABŞ və müttəfiqlərin görüşü Dövlət katibi Con Kerri və Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun Suriyanın kimyəvi silah arsenalı barədə ətraflı məlumat verməsinə çağıran planı elan etməsindən sonra keçirilir. Suriya hökuməti planda nəzərdə tutulan şərtlərə əməl etməyə söz verib.

Con Kerri Suriya hökumətinin BMT qətnaməsinə tam riayət etməsindən başqa heç bir variantın qəbul edilməyəcəyini deyib. O, kimyəvi silahların təhvil verilməsi ilə yanaşı böhranın davamlı həllinə nail olmağın vacibliyini vurğulayıb.
XS
SM
MD
LG