Accessibility links

Kerri və Lavrov Suriya üzrə Cenevrə danışıqlarını konstruktiv adlandırıb


ABŞ dövlət katibi Con Kerri və onun rusiyalı həmkarı Sergey Lavrov Suriyanın kimyəvi silah proqramı ətrafında konstruktiv danışıqlar apardıqlarını bildirib.

İki ölkənin xarici işlər naziri BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Lahdar Brahimi ilə Cenevrədə görüş keçirib. Onlar Rusiyanın Suriyaya məxsus kimyəvi silahların beynəlxalq nəzarət altına alınması və ABŞ-ın hərbi müdaxiləsinə yol verilməməsinə dair planını müzakirə ediblər.

Kerri və Lavrov bu ayın sonu sülh danışıqlarını müzakirə etmək üçün bir daha Nyu-York şəhərində görüşməyə dair razılığa gəlib. Bu danışıqlar sonuncu dəfə 2012-ci ilin iyun ayında keçirilmişdi. Kerri deyib ki, Suriya məsələsində tərəqqi Suriya hökumətinin kimyəvi sihalarını təfil verməsindən asılıdır.

Prezident Bəşar Əl-Əsəd yalnız ABŞ-ın hücum hədələrini dayandırdığı təqdirdə kimyəvi silahları təhvil verəcəyini deyib.

Rusiya prezidenti Vladimir Putin Suriya hökumətinin zəhərli qazın ləğvi ilə bağlı beynəlxalq Sazişə qoşulmaq qərarını yüksək qiymətləndirib. O deyib ki, bu münaqişənin həllində Suriya hökumətinin ciddi olduğuna nümunəir.

Kerri Suriyanın tez zamanda hərəkət etməsini istədiyini bildirib. O, cənab Əsədin reaksiyasının Vaşınqtonu qane etmədiyi halda, ABŞ qüvvələrinin müdaxiləsinin zəruri ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.
XS
SM
MD
LG