Accessibility links

BMT: Suriyada kimyəvi silahlardan istifadə edildiyinə dair aşkar dəlillər var


BMT müfəttişləri keçən il Suriyada yüzlərlə insanın ölümülə nəticələnmiş genişmiqyaslı hücumda kimyəvi silahlardan istifadə edildiyinə dair aydın və aşkar dəlillər olduğunu bildirib.

Bazar ertəsi açıqlanmış hesabata əsasən, müfəttişlər bildirib ki, hadisənin baş verdiyi ərazilərdən götürülən nümunələr avqustun 21-də Dəməşq ətrafında yer-yer tipli raketlərdən zəhərli sarin qazının atıldığını göstərir.

Hesabatda hadisənin şahidlərə istina edilərək, hücumdan sonra insanlarda ürək bulanması, gözlərin tutulması və huşun itirilməsi kimi əlamətlərin müşahidə edildiyi deyilir.

BMT ekspertlərinin götürdüyü sidik və qandan götürdüyü bio-tibbi nümunələrin demək olar hamısında sarin qazı aşkar edilib. Atılmış raketlərin qalıqlarının yoxlanışı nəticəsində də onların sarin qazı daşıdığı müəyyən edilib.

Müfəttişlər kimyəvi silahlardan kimin deyil, ümumiyyətlə istifadə edilib-edilmədiyini müəyyən etməli idi. ABŞ hücumun arxasında Suriya hökumət qüvvələrinin durduğunu bildirir. Rəsmi Vaşinqtonun bildirdiyinə görə, hadisə nəticəsində 1400 insan ölüb.

Suriya kimyəvi silahlardan istifadəyə görə hökumət qüvvələri deyil, üsyançılarına məsuliyyət daşıdığını bildirir.
XS
SM
MD
LG