Accessibility links

Araşdırmaçı jurnalistin ABŞ-a getməsinə mane olublar


Xədicə İsmayılova
Xədicə İsmayılova

Azərbaycan hakimiyyəti araşdırmaçı jurnalist Xədicə İsmayılovanın noyabrın 19-da ABŞ Konqresinin Helsinki Komitəsinin dinləmələrində iştirakına mane olub. Tədbir ATƏT məkanında korrupsiya problemlərinə həsr olunub.

Bir ay öncə X.İsmayılova Çexiyaya konfransa buraxılmayıb. Səbəb olaraq onun “dövlət sirrinin yayılması” işi üzrə şahid kimi keçməsi göstərilib.

Lakin ötən müddətdə o dindirməyə çağırılmayıb. Hazırda isə Amerikaya səfəri bağlı istintaqa ilkin xəbərdarlıq göndərsə də rəsmi cavab almayıb. Bu barədə X.İsmayılova Facebook səhifəsində yazıb.

X.İsmayılova tədbirdə məruzəçilərdən biridir və öz çıxışını dinləmələrə göndərib. Ümidvar olduğunu bildirib ki, tədbir zamanı Azərbaycanda korrupsiya məsələsinə lazımi diqqət yetiriləcək.

İsmayılova həmçinin bildirib ki, prokurorluğun qanunsuz hərəkətlərindən məhkəməyə şikayət edəcək.

O xatırladıb ki, Azərbaycanın Cinayət-Prosessual Məcəlləsində məhkəmənin qərarı və ya yazılı öhdəlik olmadan şahidin ölkədən çıxışına qadağa qoyulması nəzərdə tutulmur.

X.İsmayılova prokurorluğun hərəkətini hakimiyyəti tənqid etdiyinə görə onun hərəkət azadlığının məhdudlaşdırılması kimi qiymətləndirir.

“Bu, məni dayandıra bilməz, mən həqiqəti söyləməkdə davam edəcəm”, o yazır.

XS
SM
MD
LG