Accessibility links

Xədicə İsmayılova: Məhkəməyə daxil olan sənədlərin sübut olub-olmadığını müəyyənləşdirməliyik [Video]


Xədicə İsmayılova: Məhkəməyə daxil olan sənədlərin sübut olub olmadığını müəyyənləşdirməliyik
please wait

No media source currently available

0:00 0:04:34 0:00

Xədicə İsmayılova: Məhkəməyə daxil olan sənədlərin sübut olub-olmadığını müəyyənləşdirməliyik

Elman Həsənov yeni iddialarla çıxış edəcəyini bildirib

Bakının Binəqədi rayon Məhkəməsində Elman Həsənovun (Türkoğlu) jurnalist Xədicə İsmayılovaya qarşı iddiası üzrə bu günə təyin olunmuş məhkəmə iclası oktyabrın 23-dək təxirə salınıb.

Vəkil Elton Quliyev Amerikanın Səsinə bildirib ki, məhkəməyə sübut kimi Milli Təhlükəsizlik Nazirliyi və digər orqanlardan daxil olan sənədlərin müdafiə tərəfindən öyrənilib vəsatət hazırlanması üçün məhkəmədən vaxt istədim və məhkəmə vəsatətimi təmin etdi. “Həmin sənədlər sübut kimi qəbul edilə bilməz. Çünki bir sıra sənədlərin mənşəyi bəlli deyil”.

Xədicə İsmayılova isə öz növbəsində Amerikanın Səsinə bildirib ki, oktyabrın 16-da məhkəmədə sübut kimi toplanan sənədləri alıblar.

“Əslində təqdim olunan sənədlər sübut deyil. Məhkəmə çox çalışacaq Elman Həsənova kömək eləsin, prokurorluq, MTN ilə birlikdə sənədlər toplasın. Məhkəmə prosesi belə davam edə bilməz. Çünki biz məhkəməyə daxil olan sənədlərin sübut olub-olmadığını müəyyənləşdirməliyik”, İsmayılova bildirib.

Öz növbəsində Elman Həsənov Amerikanın Səsinə deyib ki, Mustafa Kozlu profili altında Natiq Ədilov (AXCP mətbuat xidmətinin rəhbəri) və Qənimət Zahid məlumatlar yayıb.

“Mustafa Kozlu adından Qənimət Zahid də məlumat paylaşırdı. Xədicənin özü, bir də əsas Əli Kərimov. Xədicəyə Ramin Nağıyev sənəd göndərməyib, Xədicə yalan danışır”, Həsənov qeyd edib.

Elman Həsənov həmçinin bildirib ki, sənəddəki MTN-nin möhürü saxtadır və bununla bağlı məhkəmədə vəsatətlər qaldıracaq. Onun sözlərinə görə MTN-nin adından sənədə vurulmuş saxta möhür 28 may metrosu yaxınlığında düzəldilib. Eyni zamanda Həsənov möhürün hazırlandığı ünvan, təşkilat və şəxs barədə məlumat verməkdən imtina edib.

O, Xədicə İsmayılova ilə barışmayacağını və Natiq Ədilovla Qənimət Zahidi məhkəməyə verəcəyini deyib.

Natiq Ədilov isə Facebook vasitəsi ilə Amerikanın Səsinə Elman Həsənovun dediklərini təkzib edib.

Klassik Xalq Cəbhəsi Partiyasının keçmiş fəalı Elman Həsənov jurnalist Xədicə İsmayılova barəsində məhkəmədə Cinayət Məcəlləsinin böhtan və təhqir maddələri ilə xüsusi ittiham qaydasında iddia qaldırıb. İddiaçının versiyasına görə, jurnalist guya Milli Təhlükəsizlik Nazirliyinin Həsənovun gizli casus olması hesab edilən saxta sənədi sənədi yayıb. Bunu

Həsənov özünə qarşı “təhqir və böhtan” hesab edir.

Xədicə İsmayılova isə Elman Həsənova qarşı “təhqir və böhtan” yaymadığını, Facebook-da yaydığı sənədin həqiqi olub-olmadığını bildirdiyini və oradakı adları tam sildiyini bildirir. O həmçinin Həsənov barəsində sənəd yaymadığını deyir.

Xədicə İsmayılova 2014-cü ildə yaydığı “sənəd”i Ramin Nağıyev adlı keçmiş MTN zabitinin onun elektron poçtuna göndərdiyini bildirib. Bu “sənəd” daha öncə 2011-ci ildə Mustafa Kozlu adlı profildə yayılıb.

Öz növbəsində MTN “sənəd”in ona aid olmadığını və orada adı çəkilən şəxslərin bu qurumun işçisi olmadığını bildirib.

XS
SM
MD
LG