Accessibility links

Nils Mujnieks vətəndaş cəmiyyəti fəalları ilə görüşüb


Avropa Şurasının İnsan hüquqları üzrə Komissarı Nils Mujnieks
Avropa Şurasının İnsan hüquqları üzrə Komissarı Nils Mujnieks

N.Mujnieksin səfəri oktyabrın 24-də bitəcək

Azərbaycanda səfərdə olan Avropa insan hüquqları komissarı Nils Mujnieks vətəndaş cəmiyyətinin fəalları - Samir Kazımlı, Günay İsmayılova, jurnalist Xədicə İsmayılova, NİDA Hərəkatının üzvləri Turqut Qəmbər, həmçinin vəkillər Xalid Bağırov və Cavad Cavadlı ilə görüşüb.

Samir Kazımlı Turana bildirib ki, əsas diqqət siyasi məhbuslar probleminə yönəldilib.

X.İsmayılova, vəkil Əlayif Həsənov, Milli Şuranın üzvləri Eldəniz Quliyev və Gültəkin Hacıbəyliyə qarşı cinayət məsuliyyəti tələbilə məhkəmə iddialarının olduğu qeyd edilib.

Bütün bunlar Avropa Şurasının diffamasiyaya görə cinayət məsuliyyətinin ləğvi ilə bağlı çağırışlar fonunda baş verir.

Bəzi görüş iştirakçıları hakimiyyət və hökumətyönlü QHT-lərin nümayəndələrinin üstünlük təşkil etdiyi işçi qrupu çərçivəsində siyasi məhbuslar probleminin həllinin mümkünlüyünə şübhə ilə yanaşıblar.

Bundan əlavə, QHT-lərin fəaliyyətinə əngəl törədilməsi, onlara qarşı cinayət təqibləri, maliyyə mənbələrindən məhrum edilməsi məsələləri qaldırılıb.

Mujnieks bildirib ki, rəsmi şəxslərlə görüş zamanı bu məsələləri qaldıracaq.

O, öz mandatı çərçivəsində problemlər barədə Avropa Şurası strukturlarını və beynəlxalq ictimaiyyəti məlumatlandırmaq üçün səy göstərəcək.

N.Mujnieksin səfəri oktyabrın 24-də bitəcək.

XS
SM
MD
LG