Accessibility links

Xədicə İsmayıl: “Gəlin, bu mövzunu araşdırmaya çevirək” [Audio]


Araşdırmaçı jurnalist hava limanında saxlanması və qarşıdan gələn məhkəmə prosesi barədə Amerikanın Səsinə müsahibə verib

“Əslində flaşkamın içində heç nə yox idi və mən onun boş olduğunu bilirdim”. Bu sözləri oktyabr 3-də Bakı hava limanında axtarış üçün saxlanılmasına dair Amerikanın Səsinə açıqlama verən araşdırmaçı jurnalist Xədicə İsmayıl deyib. Onun sözlərinə görə, oxşar hadisələr son vaxtlar Azərbaycanda insan haqları sahəsində, araşdırma jurnalistikası sahəsində çalışan hər kəsin başına gəlməkdədir: “Mənə Samir Hüseynli adlı gömrük məmuru dedi ki, o, mənim flaşkamın içində dövlətçilik əleyhinə məlumatlar olmasından şübhələnir. Mən onlardan heç olmasa baxış protokolu tələb etsəm də, onlar onu da rədd etdilər”. Xədicə İsmayıl Amerikanın Səsinə müsahibədə hava limanında üzləşdiyi hadisə ilə yanaşı, oktyabrın 9-da keçiriləcək məhkəmə prosesi barədə də danışıb.

Xədicə İsmayılovanın Amerikanın Səsinə müsahibəsi
please wait

No media source currently available

0:00 0:11:15 0:00
Direct link

Araşdırmaçı jurnalist düşünür ki, baş verənlərdə iki səbəb ola bilər: ya ölkədən çıxışına qadağa qoyulsun, ya da həqiqətən də məqsəd həbs etməkdir. “Xaricdə olarkən məhkəməyə çağırılmağım barədə məlumatın yayılması mənim üçün tamamilə sürpriz oldu. Çünki iddiaçı məni günahlandırır ki, mən onun hökumətə işlədiyini və cinsəl həyatına dair hansısa məlumatları yaymışam. Düzü, mən bir müxalifət partiyası üzvünün əməkdaşlığa cəlb olunması haqqında sənəd olduğu iddia edilən bir faylı yaymışam. Amma mən faylda həmin adamın adını silmişəm. Adı və hətta o adamın kimliyinə işarə edəcək bütün məlumatları silmişəm,” deyə Xədicə İsmayıl bildirir. Onun sözlərinə görə, buna baxmayaraq məsələ ilə bağlı prokurorluq dövlət sirrinin yayılması barədə cinayət işi açıb və bu da təqribən o sənədin doğruluğunun təsdiqi olub.

“Mən belə başa düşürəm ki, bu adama tapşırıq veriblər ki, mənə qarşı iddia ilə çıxış etsin. Bu məlumatı mən ölkəyə qayıtmamışdan əvvəl yaydılar və mənə də xəbərdarlıqlar göndərirdilər ki, mən gələn kimi həbs edəcəklər. Guman edirəm ki, məqsəd mənim ölkəyə qayıtmamağım idi və bununla da ölkədə propaqanda başlatsınlar ki, mən ölkədən qaçdım. Mən ölkədən qaçmayacam!” – deyə Xədicə İsmayıl bildirib.

Çalışacağam ki, bu məhkəmə prosesində Milli Təhlükəsizlik Nazirliyinin həqiqətən də bu işi görüb-görmədiyi ilə bağlı həqiqətləri üzə çıxarım. Bir halda ki, onlar bu mövzunun məhkəmə araşdırmasına çevrilməsini istəyirlər, bəli, gəlin bu mövzunu məhkəmə araşdırmasına çevirək
Xədicə İsmayıl

Araşdırmaçı jurnalist məhkəmə prosesinin məğzinin boş bir şey olduğunu deyib. Xədicə İsmayıl bildirir ki, o, etmədiyi bir şeydə günahlandırılır. “Məsələ heç etmədiyim bir şeydə də deyil. Əgər onlar istəyirlər ki, bu mövzu çıxsın məhkəmə araşdırmasına, onda mən bu məhkəmə prosesindən istifadə etməyə çalışacağam ki, bu məhkəmə prosesində Milli Təhlükəsizlik Nazirliyinin həqiqətən də bu işi görüb-görmədiyi ilə bağlı həqiqətləri üzə çıxarım. Bir halda ki, onlar bu mövzunun məhkəmə araşdırmasına çevrilməsini istəyirlər, bəli, gəlin bu mövzunu məhkəmə araşdırmasına çevirək” – deyə Xədicə İsmayıl Amerikanın Səsinə mühahibəsində bildirib.

Öz növbəsində iddiaçı Elman Türkoğlu Azadlıq Radiosuna bildirib ki, Xədicə İsmayıl Facebookda yaydığı bir sənədlə onun şərəf və ləyaqətini təhqir edib, ona böhtan atıb: “Həmin sənəddə tək mən yox, bütün ailə üzvlərim təhqir olunub. Guya mən MTN-lə gizli əməkdaşlığa cəlb olunmuşam, homoseksual adlandırılıram. Mən bu sənədi yayandan sonra Xədicədən onu silməyini istədim. O da bildirdi ki, get ver məhkəməyə”.

Elman Türkoğlu deyir ki, həmin sənəd 2014-cü ilin fevralında yayılıb. Aprel ayında o, MTN-ə və Ağır Cinayətlərə Dair işlər üzrə məhkəməyə müraciət edib. Elman Türkoğlu bir neçə gün öncə Binəqədi rayon məhkəməsinə müraciət etdiyini bildirib.

XS
SM
MD
LG