Accessibility links

Xədicə İsmayılova istintaqa şəxsi kompüterini təqdim edib


Xədicə İsmayılova
Xədicə İsmayılova

Jurnalistin 5-ci dindirilməsi başlayıb, istintaq şəxsi kompüterə baxış keçirəcək

Araşdırmaçı jurnalist Xədicə İsmayılova bu gün Bakı vaxtı ilə saat 10.30-dan (5-cü dəfə) Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ifadə verir. İstintaq orqanı bu gün həm də Xədicə İsmayılovanın şəxsi kompüterinə baxış keçirəcək. Bu səbəbdən İsmayılova şəxsi kompüterini də istintaq təqdim etmək üçün götürüb.

Ötən dindirmələrdə ondan Art Garden restoranında Amerika Senatının nümayəndələri ilə görüşü barədə suallar verilib. Eyni zamanda iqtidaryönümlü deputat Ceyhun Osmanlının prokurorluğa təqdim etdiyi lent yazısı barədə soruşulub.

Jurnalist Facebook səhifəsində müxalifət nümayəndəsinin məxfi əməkdaşlığa cəlb edilməsi barədə Milli Təhlükəsizlik Nazirliyinin sənədi güman edilən materialı yayması da istintaqın marağındadır. İsmayılova ötən dindirmədə həmin materialın mühacirətdə olan keçmiş MTN əməkdaşı Ramin Nağıyev tərəfindən göndərildiyini bildirib. Nağıyev bu barədə sosial şəbəkələrdə də yazıb.

İsmayılova fevralın 17-də Facebook-da Milli Təhlükəsizlik Nazirliyinin (MTN) xidməti fəaliyyətinə aidliyi ehtimal edilən material yerləşdirib. Materialda MTN-nin müxalifət partiyalarına casus yerləşdirməsindən bəhs edilir.

Faktla bağlı Cinayət Məcəlləsinin 284.2-ci (dövlət sirrini yayma ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Xədicə İsmayılova Azərbaycanın yüksək vəzifəli şəxsləri və onların ailə üzvlərinin qanunsuz biznesləri və mülkləri ilə bağlı araşdırma yazıları dərc etdikdən sonra davamlı təzyiqlərlə üzləşib. Onun yaşadığı evə gizli kamera yerləşdirilib, 2012-ci ilin martında şəxsi həyatı ilə bağlı video yayılıb. Bundan sonra jurnalistin şəxsi həyatına müdaxilə ilə bağlı cinayət işi başlanıb. Hələ də istintaqın hansı nəticələrə gəlməsi barədə məlumat yoxdur.

Bununla yanaşı, İsmayılova inzibati qaydada da cərimə olunub. Cərimənin qanunsuz olduğunu bildirən jurnalistin məcburi əməyə cəlb edilməsi barədə qərar qəbul edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG