Accessibility links

Xədicə İsmayılova: Tez-tez həbsi yadıma salırlar [Video-müsahibə]


Xədicə İsmayılova: Tez-tez həbsi yadıma salırlar
please wait

No media source currently available

0:00 0:09:59 0:00

Xədicə İsmayılova: Tez-tez həbsi yadıma salırlar

Araşdırmaçı jurnalistin Amerikanın Səsinə müsahibəsi

Araşdırmaçı jurnalist Xədicə İsmayılova istintaqda iki gün dalbadal dindirildikdən sonra Amerikanın Səsinə müsahibə verib. O yüksək vəzifəli dövlət məmurları ilə bağlı üç yeni araşdırma yazısının hazır olduğunu bildirib. Həmin yazılar xarici redaktorlardadır və yaxın zamanda yayılacaq.

Jurnalist Facebook səhifəsində müxalifət nümayəndəsinin məxfi orqanlar tərəfindən əməkdaşlığa cəlb edilməsi barədə bir material yayıb. Bundan sonra fakt üzrə Cinayət Məcəlləsinin 284.2-ci (dövlət sirrinin yayılması ağırlaşdırıcı hallara səbəb olduqda) maddəsi ilə cinayət işi qaldırılıb.


Qərarda hansı səbəbdən ağır nəticələrə səbəb olan bəndin seçilməsi göstərilmir.
“Bu gün nəhayət cinayət işinin qaldırılması barədə qərarı görə bildik. Qərarı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər Üzrə İstintaq İdarəsinin rəisi Eldar Əhmədov imzalayıb. Qərarda hansı səbəbdən ağır nəticələrə səbəb olan bəndin seçilməsi göstərilmir. Qərarda həm də mən yaydığım materialın həqiqətən sənəd olub-olmaması göstərilmir”, İsmayılova qeyd edib.

Jurnalist bildirib ki, əgər onun yaydığı material doğrudursa, onda belə məlum olur ki, Milli Təhlükəsizlik Nazirliyi (MTN) müxalifət partiyasının sıravi bir üzvünün gizli yataq səhnələrinin videosunu çəkib, sonra onu şantaj edərək əməkdaşlığa cəlb edib.

“Əməkdaşlıq edən şəxsə maaş təyin edib ki, bu maaş müqabilində müxalifət partiyalarında təfriqə salsın, informasiya ötürsün”.

Mən istintaqa suallar verdim ki, doğrudan da bu sənədin həqiqi olduğu təsdiq edilirmi?
İsmayılova Cinayət Məcəlləsinin ağırlaşdırıcı bəndi ilə cinayət işinin açılmasının da ona aydın olmadığını deyib.

“Mən istintaqa suallar verdim ki, doğrudan da bu sənədin həqiqi olduğu təsdiq edilirmi? Doğrudan da ağırlaşdırıcı hallara səbəb olub? Mənim bu suallarıma cavab vermirlər”, o bildirib.

İstintaq jurnalistdən sənədin kimin ötürdüyünü, hansı məqsədlə ötürdüyünü soruşub.

“Bu məlumatı mənə keçmiş MTN işçisi verib. Mən də “KİV haqqında” qanuna uyğun olaraq mənbələrimi aça bilmərəm. Hərdən müstəntiqin danışıq tonu israr çərçivəsini aşır. İsrarla deyirlər ki, bu məlumatı hökmən verməliyəm. Yəqin ki, həmin məlumat mənbəyi bizi izləyir. Əgər həmin məlumat mənbəyi özü qərara gəlsə ki, bu açıqlanmalıdır, o zaman ya özü açıqlayar, ya da mən açıqlayaram”.

Düzü bu suallara cavab verməkdə o qədər də rahat deyiləm.
Onun sözlərinə görə spesifik suallar da verirlər.

“Mənim bilgisayarımla bağlı suallar verirlər. Düzü bu suallara cavab verməkdə o qədər də rahat deyiləm. Mənim bilgisayarım, onun içində nə var bu çox özəl məsələdir. Niyə mənim bilgisayarımla maraqlanırlar, başa düşə bilmirəm”.

Onun fikrincə, iki maraqlı məqam da var.

“Birincisi guya mən bu məlumatı xidməti vəzifəmlə bağlı almışam. Bu da təqribən belə cəhddir ki, məni həmin məlumatın yayılmasına görə məsul olmağa gətirsinlər. Biz bilirik ki, dövlət sirrini yaymağa görə yalnız onu saxlayan vəzifəli şəxslər məsuldur. İkincisi mən Bakını tərk etməmişdən qabaq hara getməyimlə bağlı istintaqa məlumat verməliyəm. Bir də dedilər ki, istintaq sirrini heç kimə deyə bilmərəm. Mən bununla bağlı imza etdim, amma şifahi olaraq da bildirdim ki, yaxşı olar ki mənə heç bir istintaq sirri verməsinlər. Çünki mən sirr saxlayan adam deyiləm”.

Bu gün də dedilər ki, məlumatı verməməyə görə 6 ay həbs düşür.
Jurnalist bildirir ki, onun həbs olunma ehtimalını tez-tez xatırladırlar.

“Bu gün də dedilər ki, məlumatı verməməyə görə 6 ay həbs düşür. Belə ifadələr işlədirlər. Qeydiyyat ünvanımla yaşadığım ünvan arasında ziddiyyət var. Bunu dedilər. Tez-tez həbs perspektivini yadıma salırlar”.

İsmayılova müxalifət daxilində iqtidara, təhlükəsizlik orqanlarına işləyən adamların siyahısını Amerika Senatının nümayəndələrinə verməsi ilə bağlı məlumatları qeyri-ciddi adlandırıb.

Belə məlumat olsa idi bu məlumatda maraqlı olan Azərbaycan vətəndaşlarına çatdırardım.
”Birinci məndə bu məlumat nə gəzir? İkincisi məndə belə məlumat olsa idi bu məlumatda maraqlı olan Azərbaycan vətəndaşlarına çatdırardım”, o qeyd edib.

Jurnalist həmçinin prokurorlugun diqqətini özünün araşdırdığı korrupsiya faktlarına yönəldib. “Prokurorluq orqanlarını mənim yüksək vəzifəli dövlət rəsmiləri, onların ailə üzvləri ilə bağlı araşdırma yazılarımdakı korrupsiya halları ilə bağlı araşdırma aparmağa çağırıram. Onlara bu araşdırmada yaxından kömək etməyə hazıram. Korrupsiya ilə bağlı sənədləri haradan əldə etdiyimi bildirəcəm. Sənədlərin doğruluğu ilə bağlı da cavabdehəm”, o qeyd edib.

İsmayılova 2012-cu ildə şəxsi həyatına müdaxilə ilə bağlı cinayət işinin istintaqının nəticələrinin olmamasından da narahatdır.
XS
SM
MD
LG