Accessibility links

ABŞ səfirliyi: Senatın əməkdaşlarının Azərbaycana kəşfiyyat məqsədli səfəri xəbərləri cəfəngiyyatdır


ABŞ-ın Azərbaycandakı səfirliyinin mediada son zamanlar yayılan iddia xarakterli xəbərlərə dair bəyanatı

ABŞ Senatı əməkdaşlarının Azərbaycana kəşfiyyat məqsədilə səfər etmələri barədə son zamanlar mediada yayılan iddia xarakterli xəbərlər cəfəngiyyatdır. Bu barədə Amerikanın Bakıdakı səfirliyinin mediada son zamanlar yayılmış iddia xarakterli xəbərlərə dair bəyanatında deyilir.

Səfirlik bildirir ki, keçən həftə xəbər verdikləri kimi, ABŞ Konqresinin nümayəndə heyəti səfirliyin işçiləri, Azərbaycan rəsmiləri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşmək üçün müntəzəm olaraq Azərbaycana səfərlər edirlər.

“Konqres işçiləri ABŞ-ın qanunvericilik orqanına Azərbaycan və regiona dair daha ətraflı məlumat vermək məqsədilə səfərlər edirlər”,-deyə sənəddə qeyd edilir.

Bu günlərdə Virtualaz.org saytı Amerika Senatının nümayəndələrinin yanvarda Bakıya səfəri zamanı jurnalist Xədicə İsmayılın onlara Azərbaycan hökuməti ilə gizli əlaqələri olan müxalifət və media nümayəndələrinin siyahısı tərtib olunmuş məlumat verdiyi barədə məqalə dərc edib. Bundan sonra məqalə çoxsaylı hökumətyönümlü mediada təkrar yayılıb. Məqalə müzakirələrə yol açıb.
XS
SM
MD
LG