Araşdırmaçı jurnalist Xədicə İsmayılova Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər Üzrə İstintaq İdarəsində iki saat yarım dindirildikdən sonra sərbəst buraxılıb. Lakin jurnalist sabah saat 11-də yenidən ifadə vermək üçün istintaqa dəvət edilib.
Xədicə İsmayılova Facebook-da yaydığı “sənəd”ə görə şahid qismində dindirilməsi üçün istintaqa dəvət edilib.
Baş prokurorluğun mətbuat xidməti rəhbəri Eldar Sultanov Amerikanın Səsinə bildirib ki, qeyd edilən faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər Üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 284.2 maddəsi ilə cinayət (eyni əməlllər ağır nəticələrə səbəb olduqda dövlət sirrini yayma) işi başlanıb.
Jurnalist Amerikanın Səsinə bildirib ki, Ağır Cinayətlərə dair İşlər Üzrə İstintaq İdarəsinin müstəntiqi zəng edərək Facebook sosial şəbəkəsində sənəd yaydığı üçün istintaqa dəvət edib. Fakt üzrə Cinayət Məcəlləsinin 284-cü (Dövlət sirrini yayma) maddəsi ilə cinayət işi başlanıb.
Xədicə İsmayılovaya çağırış vərəqi göndərilmədiyi üçün prokurorluğa getməyib və çağırış vərəqi tələb edib
Ötən gün Baş Prokurorluq Xədicə İsmayılovanın yaydıtı sənədlə bağlı məsələyə aydınlıq gətirib.
“Bəzi kütləvi informasiya vasitələrində jurnalist Xədicə İsmayılovanın şəxsi "Facebook" səhifəsində 17 fevral 2014-cü il tarixdə yerləşdirdiyi Milli Təhlükəsizlik Nazirliyinin xidməti fəaliyyətinə aid olunması ehtimal edilən və dövlət və ya xidməti sirr təşkil edən sənədlərin dərc edilməsi və yayımlanması ilə əlaqədar Baş prokuror qanunvericilikdə nəzərdə tutulmuş qaydada aidiyyəti qurumlarla müvafiq araşdırmaların aparılmasına dair göstəriş verib”, - deyə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.