Noyabrın 6-da Bakı Apellyasiya Məhkəməsində hakim İkram Şirinovun sədrliyi ilə araşdırmaçı jurnalist Xədicə İsmayılovanın ”İki sahil” qəzetinə qarşı şərəf, ləyaqət və nüfuzun müdafiəsinə dair iddiası ilə bağlı Yasamal Məhkəməsinin qərarından verilən şikayətə baxıb.
Bu barədəAmerikanın Səsinə Media Hüquqları İnstitutundan (MHİ) bildiriblər.
Məlumata görə Yasamal Məhkəməsi 2013-cü ilin martında jurnalistin şikayətini rədd edib.
Məhkəmə qərarını belə izah etmişdi: “”İki Sahil” qəzetinin 15 mart 2012-ci il tarixli buraxılışında “Xədicənin suçu nə?” başlıqlı məqaləsi dərc olunana qədər Xədicə Ismayılova barəsində 13 mart 2012-ci ildə “Yeni Azərbaycan” qəzetində məqalə dərc olunmuşdur. “Xədicənin suçu nə” məqaləsində “Yeni Azərbaycan” qəzetində dərc edilmiş məlumatlardan təkrar istifadə edilmişdir”.
Apellyasiya məhkəməsi də X. İsmayılovanın şikayəti rədd edərək, rayon məhkəməsinin qərarı qüvvədə saxlanıb.
X. İsmayılova apellyasiya şikayətində rayon məhkəməsinin qərarının ləğv olunmasını istəyib.
Məhkəmə qərardan öncəki iclasında tərəflərə təkzib verib, üzr istəməklə barışıq təklif etmişdi.
MHİ-nin vəkilləri hər iki məhkəmənin qərarının qanunsuz olduğunu bildiriblər. Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti veriləcək.