Xəyal televiziyasının keçmiş icraçı direktoru Vüqar Qonaqov Amerikanın Səsinə müsahibəsində həbsinin sifariş olması, həbsdən azad edildikdən sonra işlə təmin edilməməsi, ailəsinin yaşam durumunun çətinliklərindən danışıb.
Vüqar Qonaqobv 2012-ci il martın 1-də Quba şəhərində (Bakıdan 160 kilometr şimal) baş verən qarşıdurmadan sonra həbs edilib. O Quba rayon icra hakimiyyəti başçısının çıxışını kontekstdən çıxararaq başqasına verməkdə və nəhayətdə həmin videonun əhalinin narazılığına səbəb olmaqda ittiham edilib. Qonaqov 1 il həbsdə saxlandıqdan sonra barəsində 3 il şərti cəza hökmü çıxarılıb və məhkəmə zalında azad edilib.
O ittihamları qəbul etmir və sifariş olduğunu bildirir.
“Bu məhkəmədə də sübut olundu. Məhkəmədə 90-dək şahid dindirildi və onların heç biri ittihamın düzgün olduğunu təsdiq etmədi”, deyə Qonaqov qeyd edib.
Keçmiş icraçı direktor həbsdən azad edildikdən sonra çoxsaylı orqanlara və media qurumlarına müraciət etməsinə baxmayaraq işlə təmin edilməyib.
“Mən hazırda işsizəm. Ailəmin sosial durumu ağırdır. Hökumət qurumlarına dəfələrlə müraciət etmişəm”, o qeyd edib.
Jurnalist istintaq zamanı mənəvi-psixoloji təzyiqlərə məruz qaldığını bildirib. Dəfələrlə müstəntiqin yazdığı sənədlərə qol çəkməyə məcbur edilib.