Accessibility links

ATƏT Azərbaycanda jurnalistlərin təqibini pisləyir


ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Azərbaycanda mənfi t\əmayüllərin davam etdiyini bildirib.

ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç son zamanlar Azərbaycanda jurnalistlərin təqib olunması və azadlıqlarının məhdudlaşdırılması faktları ilə bağlı narahatlığını bildirib.

“Cəmi bir həftə əvvəl bloger Bəxtiyar Hacıyevin azad edilməsini alqışladım və vəziyyətin yaxşıya doğru dəyişəcəyinə ümidimi ifadə etdim. Təəssüf ki, bu gün mənfi təmayüllər davam edir”, deyə o qeyd edib.

Xanım Miyatoviç bildirib ki, dünən o, xarici işlər naziri Elmar Məmmədyarovun ünvanına məktub göndərib. Məktubda xuliqanlıq ittihamı ilə 5 ilə qədər azadlıqdan məhrumetmə təhlükəsi ilə üz-üzə qalan fotojurnalist Mehman Hüseynovun məsələsi qaldırılıb.

Məktubda həmçinin narkotik maddə saxlamaqda ittiham olunan İran telekanalının müxbiri Anar Bayramlı barədə hökmdən söz açılır.

“Ümid edirəm ki, Hüseynova qarşı bu ittiham aradan qaldırılacaq və “Xəyal” telekanalından Zaur Quliyev və Vüqar Qonaqov da daxil olmaqla, bütün həbsdə olan jurnalistlər azad ediləcək. Jurnalistlərin həbsi və mühakiməsi onların tənqidlərinə heç də yaxşı cavab deyil”, - deyə xüsusi nümayəndə bildirib.

Xanım Miyatoviç həmçinin Milli Məclisin iyunun 12-də qanunvericiliyə etdiyi informasiya əldə etmək və yaymaq hüququnu məhdudlaşdıran düzəlişlərlə bağlı narahatlığını ifadə edib və bunu senzura kimi qiymətləndirib.

“Bu düzəlişlər mətbuat və informasiya azadlığına uzunmüddətli mənfi təsir göstərəcək. Bu, xüsusilə acınacaqlıdır, belə ki, informasiya əldə etmək haqqında Azərbaycan qanunvericiliyi ATƏT məkanında ən yaxşı qanunlardan biri idi. Hakimiyyəti son zamanlar baş verən bu mənfi təmayüllərin qarşısını almaq üçün əlindən gələni etməyə çağırıram”, - deyə məktubda qeyd edilir.

XS
SM
MD
LG