Accessibility links

Jurnalistlə ailəsinin görüşünə icazə verilmir


Vuqar Gonaqov
Vuqar Gonaqov

“Xəyal” televiziyasının icraçı direktoru Vüqar Qonaqovla ailə üzvlərinin görüşünə icazə verilmir.

Jurnalistin ailəsindən Amerikanın Səsi radiosuna bildiriblər ki, icraçı direktorun qoca atası və həyat yoldaşı dəfələrlə görüşlə bağlı istintaq orqanına müraciət edib. Amma, istintaq indiyədək yalnız bir dəfə, may ayında jurnalistlə atasının görüşünə icazə verib. “İyulun 6-da Vüqarın ad günüdür. İstəyirik ki, ailə üzvləri ad günündə onunla olsun, buna istintaq orqanı icazə versin”, - deyə Qonaqovun bacısı bildirib.

Vüqar Qonaqov martın 13-də Quba hadisələri ilə bağlı həbs edilib. O, Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma - zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur. Jurnalist Quba rayonunun sabiq icra hakimiyyəti başçısı Rauf Həbibovun təhqiredici çıxışını montaj zamanı qabarıq göstərməkdə, çıxış yazılmış diski başqasına verdiyinə görə günahlandırılıb.

XS
SM
MD
LG