Ötən həftə açılması nəzərdə tutulan Zab çayından Urmiyə gölünə su nəql edəcək kanal yenidən naməlum səbəblərdən gecikib.
Ölkə rəsmilərinin bir neçə dəfə Zab çayından Urmiyə gölünə su nəql edəcək kanalın istifadəyə açılmasını təmin etməyi nəzərdə tutan bu layihə bu dəfə də vəd edilən tarixdə istifadəyə açılmadı. Rəsmilərin və Qərbi Azərbaycan valisinin sözlərinə görə, bu kanal fevralın 1-dən 11-dək açılmalı idi, lakin bu baş vermədi. Bu, ilk dəfə deyil ki, bu kanalın açılışı və ististamara verilməsi gecikir.
Təbrizin Məclisdəki fundamentalist millət vəkili Ruhullah Mütəfəkkir Azad, Zab kanalının vəd edilmiş tarixdə açılmamasından sonra bildirib ki, "vədlər yerinə yetirilməsə, parlamentdə layihənin məsuliyyətini öhdələnən şəxslərə qarşı fəaliyyətsizlik ittihamı irəli sürmək məcburiyyətində qalacağıq."
Onun sözlərinə görə, layihənin icraçı məmurları və Qərbi Azərbaycan valiliyinin rəsmiləri ona iki ay əvvəl fevralın ilk on günü ərzində bu kanalın açılacağını vəd ediblər.
Bu yaxınlarda Qərbi Azərbaycanın valisi Məhəmməd Sadiq Mötəmedian bir daha söz verdi ki, bu kanal bir ay ərzində açılacaq.
Zab çayından Urmiyə gölünə su nəqli kanalı İslam Respublikası rəsmilərinin bildirdiyinə görə, Urmiyə gölünə 600 milyon kubmetr su ötürəcək mühüm layihələrdən biridir.
Bir neçə dəfə gecikmiş olan Urmiyə gölünə su nəql edəcək həmin kanalın istifadəyə açılması xəbərinin son günlərdə yenidən gündəmə gəlməsi, İran mediasının mütəxəssislərə istinadən, gələn yayda gölün tamamilə quruması ehtimalının güclü olduğunu proqnozlaşdırdığı bir vaxta təsadüf edir. Bu isə ətraf mühit fəallarının narahatlığına səbəb olub.
Ətraf mühit üzrə ekspert Məhəmməd Dərviş Entekhab xəbər portalı ilə söhbətində bildirib ki, faktlara görə, gələn yay gölün quruması ehtimalı çox yüksəkdir.
Ekspert onu da bildirib ki, 1979-cu ildə göldə 33 milyard kubmetr su var idisə, hazırda bu rəqəm 1 milyard kubmetrdən də azdır. Bu ekspertin fikrincə, Urmiyə gölünün Canlandırma Mərkəzinin fəaliyyət göstərdiyi 8 il ərzində "heç bir iş görülməyib" və hazırda şərtlər rəsmilərdə canlandırmaya dair "heç bir inancın olmadığını göstərir", ona görə də "gölün gələcəyi həqiqətən də narahatedicidir."