Accessibility links

Rahim Hacıyev: “Azadlıq” qəzetinin fəaliyyəti dayana bilər [Video-müsahibə]


Rahim Hacıyev: “Azadlıq” qəzetinin fəaliyyəti dayana bilər
please wait

No media source currently available

0:00 0:06:41 0:00
Direct link

Rahim Hacıyev: “Azadlıq” qəzetinin fəaliyyəti dayana bilər

Azadlıq qəzetinin baş redaktorunun birinci müavininin Amerikanın Səsinə müsahibəsi

“Azadlıq” qəzətinin baş redaktorunun birinci müavini Rahim Hacıyev Amerikanın Səsinə müsahibəsində qəzetin qarşılaşdığı ciddi problemlər və maliyyə çətinliklərindən danışıb.

“Azadliq” qəzeti bu günlərdə beynəlxalq ifadə azadlığı mükafatını alıb. “Qəzetimiz Azərbaycanda ən ağır, mürəkkəb və repressiya şəraitində ifadə azadlığı uğrunda mübarizə apardığına görə bu mükafata layiq görülüb”, o qeyd edib.

Lakin dünyada ifadə azadlığı mükafatının qalibi olan qəzetin durumu çox ağırdır. “Təəssüf ki, dünyada azadlıqlar uğrunda mübarizə çox ağır şəraitdə gedir. Son illər ərzində Azərbaycan hakimiyyəti azadlığa qarşı münasibətini hədsiz dərəcədə sərtləşdirib. Açıq görünür ki, plan, proqram əsasında qəzetin susdurulması üçün addımlar atılır. Üzərimizə fantastik məhkəmə cərimələri qoyulur. Bu il ərzində metroda və əl vasitəsi ilə qəzet satışına qadağa qoyulması nəticəsində hər bır ay orta hesabla 105 min nüsxə qəzetin satışndan məhrum edildik. “Qasid” Yayım Şirkəti isə 66 min manat borcumuzu qaytarmır. Üstəlik də Prezident yanında KİV-lərə Dövlət Dəstəyi Fondu bank hesabımıza həbs qoyulmasını bəhanə edərək bizimlə əməkdaşlığı dayandırdı”, redaktor müavini bildirib.
Ciddi ictimai dəstək olmazsa qəzeti saxlamaq mümkün olmayacaq.
O redaksiyanın qəzetin fəaliyyətini dayandırmaq dilleması ilə üzbəüz qaldığını deyib. “Reklamlardan, başlıca gəlir mənbələrindən məhrum edilmiş qəzetin bundan sonra yaşaması çox çətin olacaq. Artıq böyük problemlərlə üzləşmişik. Əmək haqlarını yalnız fevralın 15-dək olan dövr üçün ödəyə bilmişik. Çox az gəlirimizi isə qəzetin çapına yönəltmişik. Çox qısa zamanda qəzetin çapının dayandırılacağı tam realdır. Ciddi ictimai dəstək olmazsa qəzeti saxlamaq mümkün olmayacaq”, Hacıyev qeyd edib.

Bütün bunlara baxmayaraq redaksiya heyəti qəzetin kursunu dəyişmək fikrində deyil. “Azadlıq” qəzeti indiyədək kursundan dönməklə bağlı heç bir addım atmayıb və hazırda da kollektivin belə fikri yoxdur. Qəzet öz ənənələrinə sadiqdir. Qəzet həqiqətə xidmət etmək ənənəsini qotuyub sxalayacaq. Qəzet dayansa belə kurs dəyişilməyəcək”, Hacıyev bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Ukraynaya 2,5 milyard dollarlıq yeni yardım elan edib
please wait

No media source currently available

0:00 0:11:58 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan təyyarəsinin qəzası. Türkiyənin Suriyanın gələcəyində rolu.
please wait

No media source currently available

0:00 0:30:26 0:00
XS
SM
MD
LG