Accessibility links

Azadlıq qəzeti beynəlxalq ifadə azadlığı mükafatı alıb


Azadlıq qəzeti beynəlxalq mükafat alıb (Foto azadlıq.az saytından götürülüb)
Azadlıq qəzeti beynəlxalq mükafat alıb (Foto azadlıq.az saytından götürülüb)

“Index on Censorship” bildirir ki, Azadlıq qəzeti Azərbaycanda müstəqilliyini qoruyub saxlaya bilən azsaylı media orqanlarından biridir

Azərbaycanın müstəqillik dövrünün ilk müstəqil mediası olan Azadlıq qəzeti “Index on Censorship” beynəlxalq söz azadlığını müdafiə təşkilatının 2014-cü il üçün “İfadə azadlığı” mükafatını alıb.

Təqdimetmə mərasimi martın 20-də Londonun Barbican Mərkəzində keçirilib.

Mükafatı qəzet adından baş redaktorun birinci müavini Rahim Hacıyev qəbul edib. R.Hacıyev mərasimdə təşəkkür nitqi söyləyib.

“Index on Censorship” bildirir ki, Azadlıq qəzeti Azərbaycanda müstəqilliyini qoruyub saxlaya bilən azsaylı media orqanlarından biridir. Qəzet hökumətin korrupsiya, qohumbazlıq, maliyyə pozuntuları barədə məlumatlar yaymaqda davam edir.

Azadlıq qəzeti 1989-cu il dekabrın 24-də nəşrə başlayıb. Qəzetin ilk redaktoru Nəcəf Nəcəfov olub.

Qəzetin müxbirləri, o cümlədən baş redaktoru həbsə məruz qalıb. Çoxsaylı əməkdaşları müxtəlif dövrlərdə dəfələrlə fiziki və mənəvi təzyiqlərlə üzləşib.
XS
SM
MD
LG