Accessibility links

Leyla Yunus siyasi məhbusların siyahısını adbaad elan edəcək


Leyla Yunus: Tənqid, xüsusilə prezidenti tənqid etmək təhlükəlidir
Leyla Yunus: Tənqid, xüsusilə prezidenti tənqid etmək təhlükəlidir

Sülh və Demokratiya İnstitutunun tədbirinin keçirilməsinə mane olublar

Hakimiyyət Sülh və Demokratiya İnstitutunun (SDİ) yanvarın 23-də tədbir keçirməsinə maneçilik törədir. Belə ki, tədbir zamanı siyasi məhbusların siyahısının açıqlanması planlaşdırılır. Tədbirin otellərin birinin konfrans zalında keçirilməsi ilə bağlı razılıq əldə edilmişdi, ancaq otel rəhbərliyi sonradan bundan imtina etdi. Buna baxmayaraq tədbirimiz yanvarın 23-də keçiriləcək. 12 diplomatik missiya səfirlər səviyyəsində tədbirdə iştirak etməyə hazır olduqlarını bildirib. Bu barədə SDİ-nin direktoru Leyla Yunus Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, prezident İlham Əliyev Brüssel səfəri zamanı Azərbaycanda siyasi məhbusların olmadığını bəyan etdikdən sonra SDİ tədbir keçirmək və siyasi məhbusları adbaad açıqlamaq qərarına gəlib.

Leyla Yunus tədbirdə siyasi məhbusların siyahısı adbaad elan ediləcək, həmçinin hakimiyyətə “işləyən” AŞPA məruzəçilərinin rolu barədə yerli və xarici ictimaiyyət məlumatlandırılacaq. Onun fikrincə, məruzəçilərin loyal mövqeyi Azərbaycanda siyasi məhbusların sayının artmasına xidmət edir.
XS
SM
MD
LG