Accessibility links

Avropa Şurası Siyasi Məktəblər Assosiasiyası İlqar Məmmədovun həbsdən azad edilməsini tələb edir


REAL Hərəkarının sədri İlqar Məmmədov
REAL Hərəkarının sədri İlqar Məmmədov

İlqar Məmmədov Avropa Şurası Siyasi Araşdırmalar məktəblərinin Bakı məktəbinin direktorudur

Avropa Şurası Siyasi Araşdırmalar məktəblərinin direktorları birgə bəyanatla çıxış edərək azərbaycanlı həmkarları, Bakı məktəbinin direktoru İlqar Məmmədovun həbsini pisləyiblər.
Onlar yanvarın 23-24-də İsmayıllı rayonunda iğtişaşların təşkilində ittiham olunaraq həbs edilmiş İ.Məmmədovun dərhal azadlığa buraxılmasını tələb ediblər.

“Həqiqi demokratiyanın aparıcı müdafiəçilərindən biri olan cənab İlqar Məmmədova qarşı irəli sürülmüş ittihamlar siyasi motivlidir və məhkəmə təqibləri yolu ilə onu susmağa məcbur etməyə yönəlib.

Bu ədalət mühakiməsinin parodiyası Avropa Şurasının üzvü və Avropa İnsan hüquqları Konvensiyasının iştirakçısı olan Azərbaycan tərəfdən öhdəliklərin görünməmiş dərəcədə pozulmasıdır”, - Strasburqda yayılan bəyanatda deyilir.

AŞ-nin keçmiş baş katibi (1989-94-cü illər) rəhbərlik etdiyi Avropa Siyasi Araşdırmalar Məktəbləri Assosiasiyasının direktoru Katrin Lalyumyer Avropa Şurasından, Avropa İttifaqından və onların üzvlərindən insan hüquqları və demokratiyanın müdafiəsinə qalxmağı xahiş edir. Onlar İlqar Məmmədovun dərhal və şərtsiz azad olunmasını tələb edir. “Onun yeganə “cinayəti” Avropa layihəsinin əsasını təşkil edən dəyərləri və ideyaları müdafiə etməsindən və irəlilətməsindən ibarətdir.

Qeyd edək ki, Assosiasiyaya Şərqi Avropa və keçmiş SSRİ ölkələrindən 16 məktəb daxildir

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG