İran prezidenti Həsən Ruhani Azərbaycan prezidenti İlham Əliyevə müraciət göndərərək, onu İrana səfərə dəvət edib. Bu barədə İranın Azərbaycandakı səfriliyinin təsmi saytı məlumat yayıb.
İranın Azərbaycandakı səfiri Möhsün Pakayin bu gün Azərbaycan prezidenti ilə görüşdə bu müraciəti ona təqdim edib.
İran səfirliyinin mətbuat xidmətinin məlumatına görə prezident İlham Əliyev İran prezidentinin Tehrana səfərlə bağlı dəvətini müsbət qarşılayıb. “İsveçrənin Davos şəhərində cənab Ruhani ilə görüşdən sonra iki ölkə arasındakı əlaqələrdə yeni dövr açılıb və biz bütün sahələrdə İran ilə əməkdaşlığa hazırıq”, prezident Əliyev qeyd edib.