Accessibility links

Azərbaycan-İran sərhəddində silahlı insident, Azərbaycan hərbçisi həlak olub


İranla sərhəd
İranla sərhəd

Silahlı insident sərhəd pozucuları ilə Azərbaycan Sərhəd Xidmətinin hərbçiləri araısnda olub

Dekabrın 1-də Bakı vaxtı ilə saat 19.30 radələrində Azərbaycan Dövlət Sərhəd Xidməti Lənkəran (Bakıdan 268 kilometr cənub) Sərhəd Dəstəsinin xidməti ərazisində (Azərbaycan-İran sərhəddi) sərhəd pozucularının qarşısının alınması zamanı silahlı insident baş verib, bir nəfər hərbi qulluqçu həlak olub, iki nəfər yaralanıb. Bu barədə Azərbaycan Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi məlumat yayıb.

Yaralılara ilkin tibbi yardım göstərilib, vəziyətləri kafidir.

Hadisə ilə bağlı Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən araşdırma tədbirləri aparılır.

Mətbuat mərkəzi hadisənin təfərrüatları, sərhəd pozucularının kimliyi, saxlanıb-saxlanılmaması barədə məlumat vermir.

Silahlı insidentlə bağlı İran tərəfi də hələ münasibət bildirməyib.
XS
SM
MD
LG