Accessibility links

Azərbaycan, Rusiya və İran energetika nazirləri görüşəcək


Cənubi Qafqaz regionu
Cənubi Qafqaz regionu

MDB Elektroenergetika Şurasının 44-cü iclası olacaq

MDB Elektroenergetika Şurasının 44-cü iclası çərçivəsində Azərbaycan, İran və Rusiya nazirlərinin üçtərəfli görüşü olacaq.

Azərbaycan Energetika Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Azərbaycan energetika naziri Natiq Əliyev oktyabrın 31-də Moskvaya gedcəck.

Nazirin üç gün davam edəcək səfəri zamanı İranın energetika naziri Həmid Çitçiyan və Rusiya energetika naziri Aleksandr Novak üç ölkə arasında elektroenergetika sahəsində əmakdaşlıq məsələlərini müzakirə edəcəklər.

Mətbuat xidməti bildirir ki, Azərbaycan həm Rusiya, həm də İranla elektroenergetika sahəsində sıx əməkdaşlıq edir. Belə ki, 6 iyun 2013-cü ildə Volqoqrad şəhərində “Azərbaycan Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan Respublikasının enerji sisteminin və Rusiyanın Vahid enerji sisteminin paralel işinin təmin edilməsi üzrə tədbirlər haqqında Saziş” imzalanıb. Artıq Azərbaycan və Rusiya enerji sistemləri ikitərəfli elektrik verilişi xətləri vasitəsi ilə birləşib. Bunlar, 330 kV-luq “Dərbənd” və 110 kV-luq “Yalama” elektrik verilişi xətləridir.

Eyni zamanda, Azərbaycan və İran arasında elektrik enerjisinin mübadiləsi 230 kV-luq I Parsabad, 330 kV-luq II Parsabad, 110 kV-luq Astara və 132 kV-luq Culfa və Araz elektrik verilişi vasitəsilə həyata keçirilir. \

Azərbaycanın energetika nazirinin Rusiyaya rəsmi səfəri noyabrın 2-də başa çatacaq.
XS
SM
MD
LG