Accessibility links

Keçmiş NİDA-çının cəzası 3 il endirildi


Elsevər Mürsəliyevin müraciəti
Elsevər Mürsəliyevin müraciəti

Elsevər Mürsəliyevin NİDA Hərəkatından istefa verməsi barədə yayıldıqdan sonra məhkəmə onun şikayətini təmin edib

Keçmiş NİDA üzvü Elsevər Mürsəliyev prezident İlham Əliyevin siyasətini dəstəklədikdən və NİDA üzvlüyündən istefa verdikdən sonra bu gün Sumqayıt Apellyasiya Məhkəməsi onun şikayətini qismən təmin edib.

APA agentliyinin məlumatına görə, məhkəmə şikayəti qismən təmin edərək onun cəzasını 5 ildən 2 ilə endirib.

Mürsəliyevin iyunun 24-də Penitensiar Xidmətin rəsmi internet saytında bəyanatı yayılıb.

O “NİDA” Vətəndaş Hərəkatından və AXCP üzvlüyündən imtina etdiyini bildirib, “Azadlıq “ qəzetində “vicdan məhbusları” adlandırılan siyahıdan şəklinin çıxarılmasını tələb edib.

“Gənc olduğum üçün cənab prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasətin dərinliyinə varmadan, özünü müxalifət adlandıran təşkilata üzv olmuşam. İndi səhvimi başa düşərək cənab prezident İlham Əliyevin siyasətini dəstəklədiyimi bir daha bəyan edir və siyasi aləmdən çəkilirəm”, saytda yayılan müraciətdə qeyd edilir.

2014-cü il mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsi NİDA fəallarını 2013-cü il 10 mart etiraz aksiyası zamanı kütləvi iğtişaşlar planlaşdırmaqda, qanunsuz olaraq partlayıcı maddə və narkotik saxlamaqda, habelə xuliqanlıqda təqsiri bilərək 6 ildən 8 ilədək müxtəlif müddətli həbs cəzalarına məhkum edib.

Gənclər ittihamları qəbul etmir və cinayət təqibinin siyasi motivli olduğunu bildirirlər.

Amnesty İnternational 8 NİDA fəalının hamısını “vicdan məhbusu” elan edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG