Accessibility links

Rəşad Həsənov: "Qətiyyən haqq vermirəm!"


Rəşad Həsənov
Rəşad Həsənov
N!DA Vətəndaş Hərəkatının həbsdə olan fəal üzvlərindən Rəşad Həsənov hərəkatın sabiq üzvünün Azərbaycan prezidentinə müraciət etməsinə mənfi münasibət bildirib. Hadisəni eşitdikdən sonra, hər bir detalı müəyyən edib, mövzunu qapatmaq fikrinə düşdüyünü bildirən gənc fəal, iyunun 5-də Yeni Müsavat qəzetində oxuduğu xəbərdən sonra bu haqda bəzi fikirlər açıqlamaq qərarına gəlib. Rəşad Həsənovun həbsxanadan göndərdiyi və N!DA VH-nin veb səhifəsində yayılan məktubu olduğu kimi təqdim edirik.

"Əvvələ bildirim ki, Bəxtiyar Səməndəroğlunun bəyanat və müraciətindən sonra sarsılıb etməmişəm. Ağır zərbə filan da almamışam. Sadəcə həmin yazılanların bizə qarşı olan ittiham hissəsi qısa bir müddət canımı sıxdı.
Həbsimdən əvvəl siyasi (həmçinin vicdan) məhbusları törətmədikləri bir cinayəti və yaxud ittihamedici məzmuna sahib müraciətlərini qınayarkən mənə - “həbsdə olmadan niyə belə etdiyini bilmək olmaz” deyirdilər. Bir həftə sonra həbsdə 15 ayım tamam olacaq və düşünürəm ki, bu, kifayət qədər uzun bir müddətdir.
Bəxtiyarın niyə belə etdiyini çox gözəl anlayıram. Lakin qətiyyən haqq vermirəm! Mənəvi intihardır! Köləcə rahatlığı seçməkdir... İttiham hissəsi olmasaydı siyasi intihar olardı.
Bəxtiyar Səməndəroğlunun indiyə kimi siyasi fəaliyyətinin olmadığını nəzərə alsaq bu addım tamamilə özünə aid olduğu üçün heç kim bir söz deyə bilməz. Lakin nəinki başqalarını ittiham etmək, hətta əvvəllər törətmədiyi cinayəti etiraf etmədən də diplomatik şəkildə prezidentə müraciət edənlər olub və azadlıqlarına qovuşublar. Məsələn Bəxtiyar Hacıyev, Arif Hacılı və s. Belə addım rasional, həm də qısa müddət sonra dəyən zərəri kompensasiya etməklə unudulacaq addımdır. Yəni nə mənəvi, nə də ki, siyasi intihardır. Əsas məsələ ümumi maraqlara və yoldaşlığa zərər vurmadan vəziyyətdən çıxış yolunu tapmaqdır.
İnsan özünü yaxşı tanımalıdır ki, davranışlarında sonradan peşman olacağı seçimlərə yol verməsin. İradəsini tərbiyə edərək mütəmadi olaraq gücləndirməlidir. Şərəf, ləyaqət, fəzilət və ən əsası da vicdan nədir bunu yaxşı dərk etməlidir.
Bəlkə də şablon çıxacaq, amma bir nəfər belə bu yazıdan sonra nəyisə özü üçün bir dərs çıxarsa, yenə də faydalı hesab edəcəyəm.
Getdiyimiz yol çox uzun və çətindir. Yola çıxmazdan əvvəl yüz ölçüb bir biçmək lazımdır ki, həmin yoldakı maneələrə ilişib yoldan çıxmayasan. Yoldan çıxanlara da vaxt itirənlər fərqində olmadan məhz həmin maneələrə ilişib qalıblar. Keçin bu maneələri və yola davam edin. Kimin necə yoldan çıxmasından asılı olmayaraq hamımız möhkəmik və yola davam edirik.
P.S. Təhlükəli belə olsa azadlıq rahat köləlikdən daha üstündür."


Xatırladaq ki, bir neçə gün əvvəl NİDA Vətəndaş Hərəkatının həbsdə olan üzvlərindən biri Bəxtiyar Quliyev prezident İlham Əliyevə açıq məktubla müraciət edərək səhv etdiyini anladığını bəyan edib və bağışlanmasını istəyib. O, N!DA VH-yə üzvlükdə çıxdığını da bəyan edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp baş prokuror vəzifəsinə yeni namizəd nominasiya edib
please wait

No media source currently available

0:00 0:11:25 0:00
XS
SM
MD
LG