Accessibility links

NİDA Hərəkatının daha bir fəalının müraciəti yayılıb


Həbs olunan Bəxtiyar Quliyev NİDA-nın üzvlüyündən imtina edib
Həbs olunan Bəxtiyar Quliyev NİDA-nın üzvlüyündən imtina edib

Elsevər Mürsəliyev siyasətdən getdiyini və İlham Əliyevi dəstəklədiyini bildirir

NİDA Vətəndaş Hərəkatının üzvü Elsevər Mürsəliyev müraciəti yayılıb.

Penitensiar Xidmətin rəsmi saytında yerləşdirilən məlumatda deyilir ki, Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 3 saylı İstintaq təcridxanasında saxlanılan məhkum Elsevər Mürsəliyev cəza çəkdiyi müəssisənin rəhbərliyi vasitəsilə kütləvi informasiya vasitələrinə, “Azadlıq” qəzetinin baş redaktoruna, Azərbaycan Xalq Cəbhəsi partiyasının sədri Əli Kərimliyə, NİDA vətəndaş cəmiyyətinə və Azərbaycan Respublikası Mətbuat Şurasına müraciət edib.

Sayt müraciətlərin əlyazma variantarının fotolarını da yayıb.


Müraciətdə E.Mürsəliyev “NİDA” Vətəndaş Hərəkatından və AXCP üzvlüyündən imtina etdiyini bildirir, “Azadlıq “ qəzetində “vicdan məhbusları” adlandırılan siyahıdan şəklinin çıxarılmasını tələb edir.

“Gənc olduğum üçün cənab prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasətin dərinliyinə varmadan, özünü müxalifət adlandıran təşkilata üzv olmuşam. İndi səhvimi başa düşərək cənab prezident İlham Əliyevin siyasətini dəstəklədiyimi bir daha bəyan edir və siyasi aləmdən çəkilirəm”, saytda yayılan müraciətdə qeyd edilir.

Bundan öncə isə NİDA Vətəndaş Hərəkatının daha bir üzvü Bəxtiyar Quliyev siyasətdən getdiyini bildirib.

Bir sıra ictimai-siyasi xadimlər, o cümlədən hüquq müdafiəçiləri gənc fəalların müraciəti təzyiq altında yazdığını iddia edir.

2014-cü il mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsi NİDA fəallarını 2013-cü il 10 mart etiraz aksiyası zamanı kütləvi iğtişaşlar planlaşdırmaqda, qanunsuz olaraq partlayıcı maddə və narkotik saxlamaqda, habelə xuliqanlıqda təqsiri bilərək 6 ildən 8 ilədək müxtəlif müddətli həbs cəzalarına məhkum edib.

Gənclər ittihamları qəbul etmir və cinayət təqibinin siyasi motivli olduğunu bildirirlər.

Amnesty İnternational 8 NİDA fəalının hamısını “vicdan məhbusu” elan edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG