Accessibility links

Human Rights Watch: Azərbaycanın AŞ Nazirlər Komitəsində sədrliyi - yeni həbslər və tənqidi səslərin məhkəməsi


Human rights watch
Human rights watch

Hüquq müdafiə təşkilatı Azərbaycanın AŞ Nazirlər Komitəsində sədrliyə başlaması ilə əlaqədar hesabat yayıb

Avropa Şurası Nazirlər Komitəsində sədrliyə başlayan Azərbaycan insan hüquqları sahəsində bu təşkilatın qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməkdə geri qalır. Bu barədə Human Rights Watch beynəlxalq hüquq-müdafiə təşkilatının “Azərbaycan: yeni həbslər və tənqidi səslərin məhkəməsi” adlı yeni araşdırmasında deyilir. Araşdırma Azərbaycanın AŞ Nazirlər Komitəsində sədrliyə başlaması ilə əlaqədar yayılıb.

“Avropa Şurası insan hüquqları sahəsində aparıcı təşkilatdır, lakin Azərbaycan sədrliyə onun standartlarına məhəl qoymadan başlayır”, - qurumun Cənubi Qafqaz üzrə baş araşdırmaçısı Georgi Qoqiya bildirib.

“Avropa Şurası açıq şəkildə Azərbaycan rəhbərliyinə bildirməlidir ki, hökuməti tənqid edən səslərin həbsə alınması ədalətsizlikdir və onlar dərhal azad edilməlidir, insan hüquqları və demokratiya sahəsində geniş islahatlar aparılmalıdır”, - o vurğulayıb.

Sənəddə qeyd olunur ki, son 2 ildə Azərbaycan hakimiyyəti ən azı 38 siyasi fəal, jurnalist və blogeri uydurma ittihamlarla təhlükə və cinayət təqiblərinə məruz qoyub, onların çoxu həbs edilib.

Cinayət araşdırmalarının vəziyyəti, məhkəmə çəkişmələri zamanı çoxsaylı pozuntular bu ittihamların uydurma olmasına, məqsədin müstəqil fəallığa və hökuməti tənqidə görə cəzalandırmaq olmasına şübhə doğurmur.

Onların arasında NİDA hərəkatının 6 gənc fəalı var. Gənclər
mayın 6-da 6 ildən 8 ilədək azadlıqdan məhrum ediliblər.

Bundan əlavə, mühakimə olunanlar və ya hökm gözləyənlərin arasında Facebook səhifəsində hökuməti tənqid edən 5 fəal, siyasi analitik və 2013-cü il prezident postuna namizəd İlqar Məmmədov, Müsavat Partiyası sədrinin müavini Tofiq Yaqublu, Müsavat Partiyası sədrinin müşaviri Yadigar Sadıqov da var.

Hesabatda Türkiyədən deportasiya olunan və dövlətə xəyanətdə ittiham olunaraq Bakıda həbs edilən jurnalist Rauf Mirqədirovun, Azərbaycanda seçkilərin müstəqil monitorinqini keçirən quruma rəhbərlik edən tanınmış fəal Anar Məmmədlinin işlərinə də toxunulur.

Azərbaycan hakimiyyəti toplaşma azadlığını məhdudlaşdırır, icazəsiz aksiyaların qarşısını almaq üçün qüvvədən istifadə edir. Buna son misal kimi NİDAçı gənclərə hökm oxunan gün onlara dəstək aksiyasının 200-ə yaxın iştikaçısının dağıdılmasını göstərmək olar.

26 nəfər aksiya iştirakçısı saxlanılıb. Məhkəmələr 12 nəfəri cərimə edib, 5-ni 15-30 sutkalığa həbs edib. Onların arasında AXCP üzvü Kəmalə Bənənyarlı da var. Polis idarəsində bir neçə dəfə onun başına vurublar.

Sənəddə qeyd olunur ki, 2001-ci ildə Azərbaycan Avropa Şurasına daxil olarkən siyasi məhbusları azad etmək və hökuməti tənqid edənlərə qarşı repressiyalara son qoymaqla bağlı öhdəlik götürüb.

AŞPA-nın 2013-cü ilin yanvarında qəbul olunan qətnamədə də Azərbaycan hakimiyyəti fəalların və jurnalistlərin işlərinə yenidən baxmağa, şübhəli ittihamlarla həbs olunanları azad etməyə çağırılır.

Bununla belə, Azərbaycanın Nazirlər Komitəsində sədrliyi ərəfəsində vəziyyət ancaq pisləşib.

“Azərbaycanda siyasi həbslərin nəticəsində ifadə, toplaşma və birləşmə azadlığı üçün məkan daim daralır”, - Qoqiya bildirib. “Sədrlik ərəfəsində bu problemlə mübarziə aparmaq əvəzinə hökumət repressiyaları gücləndirib”, - o vurğulayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG