Aprelin 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində Eldar Mikayılovun sədrliyi ilə qanunsuz narkotik ticarətində ittiham olunan 19 yaşlı Facebook fəalı Ömər Məmmədovun işi üzrə hazırlıq iclası keçirilib.
İclasda vəkil Xalid Bağırov Məmmədovun həbs müddətinin aprelin 24-də bitdiyinə, həbs haqqında yeni məhkəmə qərarının isə olmadığına diqqət çəkib.
O, Azərbaycan Cinayət Məcəlləsinin iş məhkəməyə daxil olduqdan sonra həbs müddətinin artırılmasına ehtiyac olmaması barədə normalarının Avropa İnsan Hüquqları Konvensiyasına uyğun olmadığını bildirib.
Vəkil Məmmədovun həbsdən azad edilməsi haqqında vəsatət qaldırıb.
Daha sonra vəkil dəlillər siyahısından Məmmədovun şəxsən yoxlanılması və ondan narkotik götürülməsi haqqında protokolun çıxarılması haqqında vəsatət qaldırıb.
O qeyd edib ki, tədbir məhkəmə qərarı olmadan keçirilib. Digər tərəfdən, əməliyyatçıların şəxsi yoxlama həyata keçirmək səlahiyyəti yoxdur. Bunu yalnız müstəntiqlər edə bilər.
Bağırov həmçinin guya Məmmədova məxsus olan 6 qram heroinin kimyəvi ekspertizası protokolunun dəlillər siyahısından çıxarılması haqqında vəsatət qaldırıb. Vəkil bunu ekspertiza haqqında qərarın Məmmədova təqdim edilməməsi və ona alternativ ekspertiza üçün qanuni hüququn verilməməsi ilə əsaslandırıb.
Bağırov Məmmədovun atasının şahid qismində cəlb edilməsi haqqında daha bir vəsatət irəli sürüb. O, bunu təqsirləndirilən şəxsin atasına Məmmədovun vətəndaş fəallığı ilə əlaqədar təzyiq göstərildiyini bildirməsi ilə əsaslandırıb.
Bundan başqa, Bağırov yanvarın 24-də Məmmədovun saxlanıldığı saat 11.00-dan 13.00-a qədər Təbriz küçəsində videomüşahidə kameralarından məlumatlar istənilməsi haqqında vəsatət qaldırıb.
Bağırov həmçinin narkotik paketinin üzərindəki barmaq izlərinin müəyyən edilməsi üçün daktiloskopik ekspertiza keçirilməsi haqqında vəsatət verib.
Digər vəkil Əlaif Həsənov jurnalistlərin prosesin videoçəkilişini aparması haqqında vəsatət qaldırıb. O, həmçinin Məmmədovun həbsdən azad edilməsini və ya qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini xahiş edib.
Prokuror Erkin Qafarov bütün vəsatətlərə etiraz edib.
Hakimlər müşavirədən sonra bütün vəsatətləri rədd etmək haqqında qərar qəbul edib, videomüşahidə kameralarından məlumat alınması haqqında vəsatət isə baxılmamış saxlanılıb.
İşə mahiyyəti üzrə baxılması mayın 13-nə təyin edilib.
Qeyd edək ki, Məmmədovun işi üzrə proses böyük ictimai maraq doğurub.
Zal gənc fəallar, əsasən NİDA hərəkatının üzvləri ilə dolu olub. Yerlərin sayı məhdud olduğu üçün 100-ə yaxın insan isə küçədə qalıb.
Ömər Məmmədov “Axın” Gənclər Hərəkatının rəhbəri və Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür. Həbsindən sonra o, NİDA Hərəkatına qayıdıb.
Məmmədov İnternetdə sosial şəbəkələrin fəal iştirakçısı idi. Xüsusən, o, Facebook-da hakimiyyətin nöqsanlarını ələ salan karikaturaların, kollajların, şərhlərin yer aldığı “AzTV-dən seçmələr” səhifəsinin adminstratorlarından biri idi.