Aprelin 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA Vətəndaş Hərəkatının həbsdə olan 8 fəalının məhkəmə prosesi davam edib. Prosesdən öncə məhkəmə binasına gedən yollar bağlanıb, mühafizəyə çoxsaylı polis cəlb edilib. Buna baxmayaraq məhkəmənin binası qarşısına NİDA-çıların çoxsaylı tərəfdarları toplaşıb.
Məhkəmə prosesi gənc fəalların zala daxil olması ilə valideynlər və yaxınların alqışları ilə başlayıb.
Valideynlər gənclərdən aclığı dayandırmağı istəyiblər, əks təqdirdə yenidən aclığa başlayacaqlarını bildiriblər.
Təqsirləndirilən Məhəmməd Əzizov “Biz aclığı dayandırsaq 1 il həbsimiz heçə gedər”, deyə bildirib.
Həmçinin Məhəmməd Əzizovun atası Rasim Əzizov gənclərə "su içməsəniz, biz atalar da aclığa başlayacıq”, deyə fikrini bildirib.
Gənclər aclığı davam etdirəcəklərini deyib.
Bundan sonra proses vəkillərin müdafiə çıxışları ilə davam edib.
Üzeyr Məmmədlinin vəkili Fəxrəddin Mehdiyev müdafiə nitqində bildirib ki, ibitdai istintaqın qərəzli və obyektiv olmaması məhkəmə istintaqında sübut olunub.
Onun sözlərinə görə Üzeyr Məmmədliyə eləcə də digər həbs olunan NİDA-çı gənclərə qarşı irəli sürülən ittihamların dəyəri sıfıra bərabərdir.
Belə ki, axtarışlar, baxış protokolu, ekspert rəyləri, şahid ifadələri Cinayət Prosessual Məcəlləsinin kobud pozuntusu ilə edilib.
O bildirib ki, Məhəmməd Əzizov, Şahin Novruzlu və Bəxtiyar Quliyevin ibtidai istintaq zamanı verdiyi ilkin ifadələr sübut kimi qəbul edilə bilməz. Çünki bu ifadələr psixoloji və fiziki təzyiq altında alınıb.
“Cinayət olması üçün ictimai təhlükəli əməl olmalıdır, zərərçəkən olmalıdır. Cinayət yoxdursa, cəza varsa bu dəhşətdir. Özü də 64 il”, deyə F.Mehdiyev bildirib.
O, bildirib ki, NİDA zorakılığa yox deyir və bu hərəkatda hüququn aliliyi və demokratiya əsas rol oynayır.
Sonda vəkil Üzeyr Məmmədli barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.
Bundan sonra Bəxtiyar Quliyevin vəkili Cavad Cavadov müdafiə nitqi söyləyib.
Cavad Cavadov deyib ki, gənclərin aclıq aksiyasının əsas səbəbi məhkəmədən ədalət istəməsidir.
“Bu gənclər məhkəmədən mərhəmət yox, ədalət istəyir. Çünki onlarlın günahları yoxdur”, deyə o bildirib.
Vəkil Cavadov həbs olunan gənclərin konstitutsion hüquqlarının pozulduğunu əsas gətirib.
Cavad Cavadov MTN-nin facebook yazışmaları ilə bağlı topladığı sübutlara toxunaraq bildirib ki, əməliyyat axtarış tədbirlərini apararkən parol olmadan Facebooka girmək olmaz. Facebookun serveri ABŞ-da yerləşir. MTN-nin ora daxil olması qeyri mümkündür.
“Bunu deməkdə məqsədim odur ki, MTN qanunsuz olaraq bu gənclərdən parolları götürüb. Bu isə şəxsi toxunulmazlıq hüququnun pozulmasıdır", deyə o bildirib.
Vəkil müdafiə nitqinin sonunda məhkəməyə üz tutaraq: ”Bu işdə ədalətli qərar qəbul etmənizi istəyirəm. Sizin üçün çətin olsa belə”, o qeyd edib.
Daha sonra Zaur Qurbanlının vəkili Elton Quliyev də həmkarlarının dediyi sözlərlə razı olduğunu bildirib. O, hesab edir ki, bu işdə cinayət hadisəsi yoxdur, zərərçəkən yoxdur və bu iş boş vaxt itkisidir.
“Çox düşünürəm, bu iş hüquq müstəvisində olan iş deyil. Bu iş HarlemeShake ilə Heyvagülünün toqquşmasıdır”, o bildirib.
İbtidati istintaq zamanı edilən pozuntuların məhkəmə istintaqı zamanı təkrarlanmasına toxunan vəkil müdafiə tərəfinin verdiyi vəsatətlərin təmin olunmamasına təəssüflənib.
O, bildirib ki, gənclərin həbs olunana qədər apardılan əməliyyat tədbirləri ilə tanış olmayıblar. Şahin Novruzlunun bədənində xəsarətləri ilə bağlı məhkəmə tibbi ekspertiza rəyi düzgün verilməyib.
Gənclər həbs olunandan sonra MTN-nin verdiyi bəyanata toxunan vəkil Elton Quliyev onların təqsirsizlik prezumpsiyasının pozulduğunu bildirib. “Bu bəyanat gəncləri cəmiyyətə narkoman kimi sırıyır", deyə o bildirib.
Molotov Kokteyl epizoduna toxunan Quliyev deyib ki, butulkalarda şpritslər olmayıb.
“Narkotik məsələsində isə Bəxtiyar Quliyev şkafına müdaxilə olunub. Burada o şkafa narkotik qoyulub”, deyə o bildirib.
Bu zaman Məhəmməd Əzizovun atası, “allah haminizin başına gətirsin”, deyə qarğış edib. Hakim ona irad tutaraq yerdən müdaxilə etməməyi bildirib.
“Mən əminəm ki, burada 8 nəfərdən 7 nəfəri heç nədən tutulub. İlkin niyə tutulub, onu heç başa düşmürəm”, deyə E.Quliyev müdafiə nitqini davam etdirib.
Sonda vəkil məhkəmədən insanların təəccüb hissinin qaytarılaraq bəraət hökmünün çıxarılmasını istəyib.
Daha sonra Məhəmməd Əzizovun vəkili Fariz Namazlı və Rəşadət Axundovun vəkili Namiq Hacıyev müdafiə nitqində ittiahmların əsassız və uydurma olduğunu hesab edərək bəraət hökmünün çıxarılmasını istəyib.
NİDA fəalları artıq 8-ci gündür aclıq aksiyası keçirir. Aksiya aprelin 17-də məhkəmədə prokurorun gənclərə 8 il yarımadək həbs istəməsindən sonra başlanıb.
Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokuror iş üzrə təqsirləndirilənlər, - Zaur Qurbanlıya 8 il 6 ay, Rəşadət Axundova 8 il 6 ay, Rəşad Həsənova 8 il, İlkin Rüstəmzadəyə 8 il 6 ay, Bəxtiyar Quliyevə 8 il, Məmməd Əzizova 8 il, Şahin Novruzluya 6 il 6 ay, Üzeyir Məmmədliyə 7 il 6 ay həbs istəyib.
NİDA-çılar 2013-cü ilin mart-may aylarında həbs olunub. Onlar əsgər ölümlərinə etiraz olaraq martın 10-da keçirilən aksiya zamanı iğtişaşların təşkilində ittiham olunurlar. Fəallara qarşı həmçinin qanunsuz narkotik və partlayıcı maddə saxlamaq, xuliqanlıq ittihamları irəli sürülüb. Gənc fəallar ittihamları qəbul etmir, siyasi sifariş hesab edir.
“Amnesty İnternational” beynəlxalq insan hüquqları təşkilatı onları vicdan məhbusu elan edib.