Accessibility links

Baş katibə müraciət: Azərbaycanda tənqidi səslər həbs edilir


Avropa Şurasının baş katibi Tyorbyorn Yanqland (Tornbörn Yanqland)
Avropa Şurasının baş katibi Tyorbyorn Yanqland (Tornbörn Yanqland)

Azərbaycanın bir qrup QHT rəhbəri Avropa Şurasının baş katibinə müraciət edib

Azərbaycanın 30 qeyri hökumət təşkilatının (QHT) rəhbəri Avropa Şurasının baş katibi Tornbörn Yanqlanda müraciət göndərib.

Müraciətdə Yanqlandın diqqəti Azərbaycanda tənqidi səslərin susduruılmasının davam etməsinə yönəldilir.

KİV nümayəndələri və hüquq müdafiəçiləri ehtiyatlanırlar ki, beynəlxalq diqqət azaldıqca onlar hakimiyyətin hərəkətlərinin ifşasına görə cəza ilə üzləşəcəklər. Artıq bu gün hakimiyyəti tənqid edənlər və hüquq müdafiəçiləri siyasi sifarişlə həbsə alınırlar, hədə və şantaja məruz qalırlar.

“Bu gün Azərbaycan vətəndaşlarının azadlıq və rifahı hər zaman olduğundan daha çox təhlükə altındadır. Hazırda 30 hüquq müdafiəçisi, jurnalist, bloger və siyasi fəal ifadə azadlığına görə siyasi motivli ittihamlarla həbs edilib.
Vyanada Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası (AŞ) Nazirlər Komitəsində Azərbaycanın prioritetlərindən danışdığı vaxtda ölkədə 8 gənc fəal (kiçiyinin 18 yaşı var) silah saxlamaq və iğtişaşların təşkili kimi uydurma ittihamlarla 6-8 il həbs cəzası alıb.

Milli Məclisin üzvləri rəsmi Bakını tənqid edən QHT-lərin sıxışdırılmasına və hüquqi baxımdan təqib edilməsinə çağırıblar. Hədəflərdən biri korrupsiyaya qarşı mübarizədə tanınan Transparency International təşkilatıdır.

Parlament üzvləri və dövlət məmurları insan hüquqları sahəsində problemləri açıqladığına görə vətəndaş fəallarına “antimilli qüvvələr” və “millət satqınları” damğasını vurublar. Vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı böhtan xarakterli məqalələr dərc edilir, ictimai yerlərdə görüşlərin keçirilməsi üçün yer ayrılmır, onlar maliyyə yoxlamalarına məruz qalırlar. Bütün bu hərəkətlər Azərbaycanın Avropa Şurasının üzvü kimi öhdəliklərinə ziddir.

“Cənab, baş katib! Biz Azərbaycanda insan hüquqlarının sistemli şəkildə pozulmasının pislənməsi məsələsində sizin səsinizə və nüfuzunuza ümid edirik”, müraciətdə deyilir.
Müəlliflər Yanqlanddan xahiş edirlər ki, bütün jurnalistlərin, blogerlərin, siyasi fəalların və hüquq müdafiəçilərinin dərhal həbsdən azad edilməsinə, ehtimal olunan siyasi məhbuslarla bağlı vəziyyətin Avropa Şurasının qəbul etdiyi meyarlar əsasında araşdırılmasının müstəqil ekspert qrupuna tapşırılmasına çağırsın.

“Sizdən xahiş edirik ki, Azərbaycanda fəalların qorxudulmasının və təqib olunmasının yolverilməz olduğunu açıq şəkildə bildirəsiniz və bu praktikaya dərhal son qoyulmasını tələb edəsiniz”, müraciətdə qeyd edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG