Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı nümayəndəliyinin təmsilçiləri Bakı İstintaq Təcridxanasında aclıq aksiyası keçirən “Nida” Vətəndaş Hərəkatının üzvlərinə baş çəkiblər.
“Media forum” saytının məlumatına görə, komitənin nümayəndələri aclıq edən səkkiz gənclə görüşüb, onların şəraiti, səhhəti, tibbi yardımla maraqlanıblar.
Ombudsman Aparatının şöbə müdiri Vüqar Məhərrəmov “Media forum” saytına deyib ki, gənclərin aclıq aksiyası keçirməsi Ombudsman Aparatını da narahat edir: “Hər gün Bakı İstintaq Təcridxanasının rəhbərliyi, o cümlədən təcridxananın tibbi hissəsinin rəisi ilə əlaqə saxlayıb aclıq edən gənclərin səhhəti ilə maraqlanıram. Ötən həftə onlara baş çəkmişəm. Hamısını bir yerdə qəbul etdim, səhhətləri, saxlanma şəraiti ilə maraqlandım, aclıq aksiyasını dayandırmağı təklif etdim. Onlara dedim ki, aclıq aksiyası hər hansı məsələni, mesajı ictimaiyyətin diqqətinə çatdırmaq üçündür, mətbuat aksiyadan yazıb, ictimaiyyət bilir. Ona görə də aclığı dayandırmağı təklif etdim. Gənclər bildirdilər ki, bu haqda fikirləşərlər, hələlik səhhətləri aclığı davam etdirməyə imkan verir. Biz yenə də onları aclığı dayandırmağa çağırırıq”.
Vüqar Məhərrəmov bildirib ki, Bakı İstintaq Təcridxanasının tibb hissəsinin rəisi aclıq aksiyası keçirənlərin səhhətinə ciddi nəzarət etməyi tapşırıb: “Həkim onları hər gün qəbul edir, yoxlayır. Aprelin 30-da da yoxlayıb. Gənclərin səhhətində hər hansı ciddi dəyişiklik yoxdur. Aclıq edənlərdən qan analizləri də götürülüb, nəticələr müsbət olub, ciddi dəyişiklik yoxdur. Zaur Qurbanlıda qan xəstəliyi var, onun analizləri də müsbət çıxıb”.
Rəşadət Axundovun xanımı Türkan Hüseynova Contact,az saytına deyib ki, aclıq bütün aksiya iştirakçılarının səhhətinə ciddi təsir edir.
“Rəşadətin mədəsində ağrılar var. Zaur Qurbanlının dabanlarının dərisi soyulur, Üzey Məmmədli hərəkət edə bilmir. Bununla belə, gənclər mayın 1-də məhkəmə prosesində iştirak edərək, son sözlərini deyəcəklər”, o qeyd edib.
Öz növbəsində, Penitensiar Xidmət NİDA üzvlərinin aclıq aksiyası keçirdiyini təkzib edən bəyanat yayıb.
“Adları qeyd olunan səkkiz nəfər məhkum tərəfindən saxlanıldıqları müəssisənin rəhbərliyinə qidadan imtina etmələri barədə heç bir rəsmi müraciət ünvanlanmayıb və həmin şəxslər saxlanıldıqları kameralarında normal qida qəbul edirlər. Bu şəxslərin sağlamlıqları və fiziki durumlarında problemlər qeydə alınmayıb”, deyə Penitensiar Xidmət qeyd edir.
Ötən ilin mart-aprel aylarında tutulan “Nida”çıları Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi əsasən kütləvi iğtişaşları təşkil etmə cəhdində günahlandırıb. İstintaqın iddiasına görə, gənclər Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı, İlkin Rüstəmzadə 2013-cü il martın 10-da Bakıda kütləvi aksiya zamanı “Molotov kokteyli”ndən istifadəyə hazırlaşırmışlar.
Aprelin 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamçısı Zaur Qurbanlı, Rəşadət Axundov, İlkin Rüstəmzadəyə 8 il 6 ay, Bəxtiyar Quliyev, Məmməd Əzizov, Rəşad Həsənova 8 il, Üzeyir Məmmədliyə 7 il 6 ay, Şahin Novruzluya 6 il 6 ay həbs cəzası verilməsini istəyib. “Nida”çılar həmin gündən aclıq aksiyası keçirir. Onlar azadlığa buraxılmalarını tələb edirlər. Gənc fəallar ittihamları qəbul etmir, siyasi sifariş hesab edir.
“Amnesty İnternational” beynəlxalq insan hüquqları təşkilatı onları vicdan məhbusu elan edib.