Accessibility links

Senator Bencamin Kardin: Azərbaycanda vicdan məhbuslarına azadlıq


Senator Bencamin Kardinin Twitter səhifəsi
Senator Bencamin Kardinin Twitter səhifəsi

Amerika senatoru Azərbaycanı NİDA-çılara bəraət verməyə çağırıb

Amerika senatoru Bencamin Kardin Azərbaycanı NİDA Vətəndaş Hərəkatınn həbs edilmiş fəallarını azad etməyə çağırıb.

“Azərbaycan qanunun aliliyinə hörmət etməli və NİDA-nın mühakimə edilən fəallarına bəraət verməlidir. Azərbaycanda vicdan məhbuslarına azadlıq”, deyə senator tvitter mikrobloqundakı səhifəsində yazıb.

Bu bəyanat Azərbaycanlı tvitter istifadəçiləri tərəfindən böyük dəstəyə səbəb olub.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 8 NİDA fəalının işi üzrə proses yekunlaşmaq üzrədir. Prokuror onların 6,5 ildən -8,5 ilədək müddətdə həbs edilməsini istəyib. Yaxın günlərdə hökmün elan ediləcəyi gözlənilir. Fəallar dinc dövrdə orduda əsgər ölümlərinə qarşı etiraz aksiyasına çağırış etdikdən sonra həbs edilib.

Fəallar ittihamları qəbul etmir. Amnesty İnternational beynəlxalq hüquq müdafiə təşkilatı həbsdə ola NİDA-çıları vicdan məhbusu élan edib.
XS
SM
MD
LG