Accessibility links

Həbsdə olan NİDA-çı gənclərin facebook profilləri MTN əməkdaşları tərəfindən zorla alınıb?


NİDA-çılar hakimə arxa çevırıb
NİDA-çılar hakimə arxa çevırıb

Gənclər ittihamları qəbul etmir. Həbslərinin siyasi sifarişli olduğunu deyirlər

Aprelin 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə NİDA fəallarının və Azad Gənclik Hərəkatı üzvünün cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Vəkil Fariz Namazlının Amerikanın Səsinə verdiyi məlumatya görə bugünki prosesində məhkəmə sübutların tədqiqini davam etdirib.

Vəkil bildirib ki, bu dəfə də iş üzrə hal şahidi gətirilməyib.

Onun sözlərinə görə hakim Bəxtiyar Quliyevlə Rəşad Həsənov arasında olan ötən il 15 mart tarixli üzləşdirmə protokolu elan edib.

Bununla bağlı təqsirləndirilən şəxslərə suallar verilib.

B.Quliyev bildirdib ki, ifadəni müstəntiq oxuyub və mən də başımla təsdiqlədim, çünki təsdiqləməsəydim, mənə ağıllı ol deyirdilər, ailəmi həbs etdirəcəkləri ilə hədələyirdilər.

Daha sonra MTN-in Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə göndərdiyi məktub elan olunub, həmin məktubda Ş. Novruzovun, B. Quliyevin və M. Əzizovun facebook yazışmaları, statuslarındakı yazışmalar, həmçinin bəzi sms yazışmaları elan olunub.

Müdafiə tərəfi isə öz növbəsində həmin məlumatların iş materiallarından xaric edilməsini təklif edib.

Bunu onunla əsaslandırıblar ki, bu məlumatların götürülməsi ilə hər hansı əməliyyat axtarış tədbirləri həyata keçirilməyib, müvafiq qərar qəbul edilməyib.
Hakim bu vəsatətin müzakirəsini sabaha saxlayıb.

Həmçinin NİDA.çıların özlərinin bildirdiyinə görə, facebook profilləri MTN əməkdaşları tərəfindən onlardan zorla alınıb.

NİDA -çılar verilən suallara cavab olaraq bildirdilər ki, onların molotov kokteylləri barədə facebook yazışmaları qeyri ciddi, zarafat mövzuları olub.

İttiham aktına görə, gənclər martın 10-da Bakıda kütləvi aksiya zamanı “Molotov kokteyli”ndən istifadəyə hazırlaşıblar.

“Azad Gənclik” Təşkilatının sədri İlkin Rüstəmzadə mayın 17-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin təqdimatı əsasında həbs olunub. Prokurorluq əvvəl ona xuliqanlıq ittihamı irəli sürüb. Sonra işə kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə cəhdi ittihamı da əlavə olunub.

Gənclər ittihamları qəbul etmir. Həbslərinin siyasi sifarişli olduğunu deyirlər.
“Amnesty İnternational” beynəlxalq insan hüquqları təşkilatı onları vicdan məhbusu elan edib.
XS
SM
MD
LG