Accessibility links

Əjdər Tağızadə: Ərəbi asırsan, türkü zindana basırsan, bəlucu güllələyirsən [Video-Müsahibə]


Əjdər Tağızadə: Tümən, real ölüb, Azərbaycan türkü istiqlal istəyir
please wait

No media source currently available

0:00 0:13:45 0:00

DAK Daimi Şurasının sədri Amerikanın Səsinə müsahibəsində İranın mövcud durumundan danışıb

Dünya Azərbaycanlıları Konqresinin Daimi Şurasının sədri Əjdər Tağızadə Amerikanın Səsinə müsahibəsində son zamanlar İranda Azərbaycan Respublikasının müstəqilliyinə qarşı aparılan siyasət, İranda yaşayan azərbaycanlıların istiqlal mübarizəsi, dini rejimin mövcud ağır durumu, infilyasiya və insan haqlarından danışıb.

Müsahibədən seçmələr:

O Xameneyinin tapşırığı ilə iki dəfə Azərbaycanın əleyhinə məqalə yazıb.
- Əli Xameneyinin yaxın adamı və nümayəndəsi Hüseyn Şəriətmədari dövlət qəzeti “Keyhan”da Azərbaycanın ərazi bütövlüyünə qarşı məqalə ilə çıxış edib. O Xameneyinin tapşırığı ilə iki dəfə Azərbaycanın əleyhinə məqalə yazıb;

- İran çoxdan bu zümzüələri edir. Prezident seçkilərinə namizəd olmaq istəyən bəzi ayətullalar da Azərbaycanın ərazi bütövlüyünü təhdid edən bəyanatlar verib. Onlar Türkmənistanı və Azərbaycanı İrana birləşdirəcəklərini deyib;

Layihədə deyilir ki, Türkmənçay müqaviləsinə baxılacaq, Azərbaycan Cümhuriyyəti və Qafqazın digər 17 şəhəri qansız-qadasız İrana qaytarılacaq.
- Azərbaycan məsələsini azərbaycanlı millət vəkilləri vasitəsi ilə İran parlamentində səsləndirdilər. Azərbaycanın əleyhinə danışan Ərdəbildən olan millət vəkili Pirmüəzzimin qardaşı Amerikada yaşayırdı. O millət vəkili olandan sonra qardaşı bir həftəyə İran adlanan yerə qayıtdı. Bu iki qardaş Türkmənçay müqaviləsi ilə bağlı layihəni hazırladılar. Layihədə deyilir ki, Türkmənçay müqaviləsinə baxılacaq, Azərbaycan Cümhuriyyəti və Qafqazın digər 17 şəhəri qansız-qadasız İrana qaytarılacaq;

- İran adlanan yerdə 35 milyon azərbaycan türkü istiqlalını istəyir, özü də indi istəyir. Onlar Azərbaycan Respublikasını özünə örnək sayır. Ona görə də Tehran
İran adlanan yerdə 35 milyon azərbaycan türkü istiqlalını istəyir, özü də indi istəyir.
rejimi Türkiyə və Azərbaycan dövlətlərini çəkindirmək istəyir;

- Toz basmış İranda azərbaycan türkləri ilə yanaşı başqa millətlər də azadlığını istəyir. Bunu Hüseyn Şəriətmədari və onun rəhbəri Xameneyi də çox yaxşı bilir;

- Gülüstan və Türkmənçay müqavilələri farsı, ermənini, gürcünü deyil Azərbaycan xalqını parçalayıb. Gəlin müqavilələrə yenidən baxaq. O zaman Qacaq imperiyası var idi. İnid hakimiyyəti siz götürübsünüz. Gəlin Azərbaycan birləşsin, çünki İran adlanan yerdə yaşayan azərbaycan türkləri Azərbaycanın birləşməsini isitəyir.
İran adlanan yer körfəzdəkli adalarla bağlı Qatarla bacara bilmir, amma Azərbaycanı istəyir.
Azərbaycanın güneyində olan azərbaycan türkləri demokratik yolla öz mücadiləsini aparır və müstəqilliklərinə nail olacaqlar;

- İran adlanan yer körfəzdəkli adalarla bağlı Qatarla bacara bilmir, amma Azərbaycanı istəyir. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü dünyanın bütün dövlətləri tərəfindən tanınıb və bütün dünya Azərbaycanın suverenliyinə qarantdır;

- İran adlanan yer sıxıntıdadır. İstəyir ki, belə bəyanatlarla problemlərini başqa yerə köçürsün;

- Kim İran rejiminin istibdadının altına düşmək istəyər. Kim istəyər ki, Tehranda
Sən gündə birinin dırnağını çəkirsən, birinin qolunu kəsirsən, ərəbi asırsan, türkü zindana basırsan, bəlucu güllələyirsən, adamı göydə tutursan.
Azadlıq meydanında şallaqlansın, asılsın. İran bu gün Çindən sonra adamları dara çəkən ikinci ölkədir. Amma Bakıda Azadlıq meydanında bir nəfərə iki şillə vurulsa media, cəmiyyət, dünya ayaşa qalxar. Sən gündə birinin dırnağını çəkirsən, birinin qolunu kəsirsən, ərəbi asırsan, türkü zindana basırsan, bəlucu güllələyirsən, adamı göydə tutursan;

- Türkiyə ilə problemin var, İraqdakı qruplarla problemin var, İran adlanan yerdən qaçanlar gedib Əfqanıstandan sığınacaq alır. Elə ötən həftə bir nəfər İrandan qaçıb Əfqanıstandan sığınacaq alıb;

Tümən, real ölüb, millət iş, çörək, azadlıq istəyir. Azərbaycan türkü, ərəblər, türkmənlər, bəluclar da istiqlal istəyir.
- Ötən həftə İranın mərkəzi bankı bildirib ki, ölkədə infilyasiya 41 faizi keçib. Tümən, real ölüb, millət iş, çörək, azadlıq istəyir. Azərbaycan türkü, ərəblər, türkmənlər, bəluclar da istiqlal istəyir;

- Fars müxalifəti deyir ki, Azərbaycan Cümhuriyyəti İranı parçalamır. İranı parçalayan bu rejimdir.
XS
SM
MD
LG