İsrailin strateji əlaqələr və kəşfiyyat naziri bir neçə həftə ərzində beynəlxalq ictimaiyyətin tələblərinəcavab vermədiyi təqdirdə İranın hərbi əməliyyatlarla hədələnməsinə çağırıb.
İsrailin ordu radiosuna danışan Yuval Steinitz deyib ki, İranı hədələmək, əsasən də BMT və Qərbin yekdilliklə ultimatum verməsinin vaxtı artıq çoxdan çatıb. O, İranı BMT-nin 5 daimi üzvü və Almaniya ilə müzakirələrin dayandırılmasında günahlandırıb.
Israil, ABŞ və onun müttəfiqləri dinc mahiyyət adı altında İranın nüvə silahları istehsalına çalışdığına inanır.
İran isə bu iddiaları rədd edir.
İsrail İranın nüvə proqramını mövcudluğuna hədə hesab edirək, Qərbin o ölkəyə qarşı daha sərt sanksiyalar tətbiq etməsini istəyir.