Accessibility links

İrandan Azərbaycana Gülüstan və Türkmənçay hədəsi – Azərbaycandan Cənubi Azərbaycanın birləşməsi təşəbbüsü


Cənubi Qafqaz 1809-1817-ci illərdə (xəritə)
Cənubi Qafqaz 1809-1817-ci illərdə (xəritə)

İran deputatı: “Azərbaycan yanlış addımlardan əl çəkməlidir”. Azərbaycan deputatı: “İrandakı soydaşlarımız Quzey Azərbaycana birləşsin”

“Azərbaycan rəhbərliyinə xəbərdarlıq edirik ki, onlar öz yanlış addımlarından əl çəkməsələr, parlamentdə rüsvayçı və bizə zorla sırınmış Gülüstan və Türkmənçay müqavilələrinə yenidən baxacağıq”.

APA agentliyinin məlumatına görə, bunu İran parlamentinin iclasında çıxışında Urmiyadan seçilmiş millət vəkili Nadir Qazipur deyib.

N.Qazipur Azərbaycan hökumətini “İran əleyhinə yönəlmiş” fəaliyyətə son qoymağa çağırıb.
Nadir Qazipur, iranlı millət vəkili
Nadir Qazipur, iranlı millət vəkili
O bildirib ki, əks halda İran parlamenti hökumətdən Türkmənçay müqaviləsinə yenidən baxmağı tələb edən qanun layihəsi qəbul edəcək.

N. Qazipurun fikrincə, Gülüstan və Türkmənçay müqavilələrinə uyğun olaraq İrandan ayrılmış Azərbaycan şəhərlərinin sakinləri arasında referendum keçirilsə, onlar İranın tərkibinə daxil olmağa səs verər.

Türkmənçay müqaviləsinin bitməsinə münasibət bildirən Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı Qaynar.info saytına deyib ki, müqavilə bitəndən sonra Cənubi və Şimali Azərbaycanın birləşdirilməsi məsələsi qoyulmalıdır.

“Mən də bu müqavilənin qüvvədən düşməsini alqışlayıram. İndi artıq 19-cu əsr deyil, dünya düzənində, xəritəsində kifayət qədər dəyişikliklər baş verir. Vaxtilə ikiyə bölünmüş Azərbaycanın Quzeyində müstəqil dövlət yaranıb. İndi zamanı çatıb ki, nəhayət İranın ərazisindəki soydaşlarımız da Quzey Azərbaycana birləşsinlər. Belə olan halda, Azərbaycan vahid dövlət kimi bərqərar olacaq. Buyurub, qursunlar. Biz də beynəlxalq hüquq normalarına söykənərək onlara dəstək verək”, o qeyd edib.
Mən də bu müqavilənin qüvvədən düşməsini alqışlayıram. İndi artıq 19-cu əsr deyil, dünya düzənində, xəritəsində kifayət qədər dəyişikliklər baş verir. Vaxtilə ikiyə bölünmüş Azərbaycanın Quzeyində müstəqil dövlət yaranıb. İndi zamanı çatıb ki, nəhayət İranın ərazisindəki soydaşlarımız da Quzey Azərbaycana birləşsinlər.

Gülüstan müqaviləsi – 1813-cü il oktyabrın 12-də Gülüstan kəndində (Hazırki Azərbaycan ərazisi) Rusiya ilə İran arasında imzalanıb. Sənəd Birinci Rusiya-İran müharibəsinin qurtarmasıının nəticəsi ollaraq bağlanıb. Sülh müqavilənin şərtlərinə əsasən Şimali Azərbaycan xanlıqlarından İrəvan və Naxçıvanı çıxmaq şərtilə yerdə qalan bütün xanlıqlar (Talış, Şirvan, Quba, Bakı, Gəncə, Qarabağ, Şəki) Rusiyaya verilib.

Türkmənçay müqaviləsi İkinci Rusiya-İran müharibəsinin nəticəsi olaraq 1828-ci il fevralın 10-da Rusiya ilə İran arasında Türkmənçay kəndində (hazırki İran ərazisi) bağlanıb. Müqaviləyə əsasən Azərbaycanın Araz çayından şimaldakı bütün əraziləri Rusiyanın, Arazdan cənubdakı əraziləri isə İranın əlinə keçib.
XS
SM
MD
LG