Accessibility links

Kerri: İranla danışıqlar daim aparıla bilməz


ABŞ Dövlət katibi Con Kerri İranın mübahisəli nüvə proqramı ətrafında danışıqlar aparmaq üçün az vaxtı olduğunu deyib.

Con Kerri bu açıqlamanı Ər-Riyadda Səudiyyə Ərəbistanının xarici işlər naziri Səud Əl-Feysəllə görüşdən sonra verib. Səudiyyə rəsmisi danışıqların daim davam etdirilə bilmədiyi fikri ilə razılaşıb.

Dövlət katibi Kerrinin bu gün həmçinin Fələstin prezidenti Mahmud Abbasla görüşü planlaşdırılıb. O, iki həftə sonra prezident Barak Obamanı İsrail səfəri zamanı müşayiət edəcək.

Səudiyyə Ərəbistanında görüş cənab Kerrinin ABŞ Dövlət katibi kimi xaricə ilk səfəri çərçivəsində keçirilib. Con Kerri Avropa və Yaxın Şərq ölkələrinə ilk xarici səfərini Birləşmiş Ərəb Əmirlikləri və Qətərdə sona çatdıracaq.
XS
SM
MD
LG