Accessibility links

Azərbaycanda və Türkiyədə Xocalı qətliamının qurbanları anıldı


Azərbaycanda və Türkiyədə Xocalı qətliamının qurbanları anıldı
Azərbaycanda və Türkiyədə Xocalı qətliamının qurbanları anıldı

Assoşieyted Pressin məlumatına görə on minlərlə adam Azərbaycan paytaxtında küçələrə axışaraq 20 il bundan öncə Ermənistanla müharibədə yüzlərlə adamın qətlə yetirilməsini yad edirlər.

Prezident İlham Əliyev Bakıda keçirilən yürüşdə iştirak edib. Yürüş Xocalı qətliamının qurbanlarına ucaldılmış abidənin önündə əklilqoyma mərasimi ilə başa çatıb. Rəsmilər yürüşdə 60000 adamın iştirak etdiyini deyirlər. On minlərlə adam habelə Azərbaycanın yaxın müttəfiqi Türkiyədə nümayiş keçirib.

Azərbaycanın hesablamalarına görə, 1992-ci il fevralın 26-da erməni qüvvələri şəhəri tutduqca qaçmağa çalışan 613 Xocalı sakini qətlə yetirilib.

Ermənilər hücumu inkar etmirlər, amma onlar ölülərin sayının şişirdildiyini bildirirlər. Türkiyə və Azərbaycan bu qətllərin beynəlxalq ictimaiyyət tərəfindən bəşəriyyətə qarşı cinayət kimi tanınmasını tələb edirlər.

Beynəlxalq insan haqları qrupları ölülərin dəqiq sayını müəyyən etməyiblər, amma bu qətliamı pisləyirlər. Qruplar Xocalı qətliamını sabiq Sovet məkanında münaqişə zəminində baş vermiş ən pis qətliam kimi qiymətləndirirlər.

XS
SM
MD
LG