ABŞ paytaxtı Vaşinqton və Nyu-Yorkun mərkəzi küçələrində üzərində Xocalı hadisələrinə dair məlumatları əks etdirən posterlər asılıb.
Azərbaycan Amerika Alyansının veb saytının (www.azerbaijanamericaalliance.org) məlumatına
görə, posterlər Nyu-Yorkun 4 min fərqli məkanında - avtobus dayanacaqlarında, avtobusların üzərilərində, metro stansiyalarında və qatarlarda, o cümlədən mərkəzi küçələrdə yerləşdirilib.Məlumatı dəqiqləşdirmək üçün Vaşinqton şəhərində daxil olduğumuz ilk metro stansiyasında bunun şahidi olduq.
Posterlərdə “Azərbaycana qarşı bəşəri faciə” ifadəsinə, habelə faciə zamanı həlak olanları sayına yer verilir.