Türkiyə parlamentinin Xarici İşlər Komissiyası bu gün Xocalı faciəsi ilə bağlı bəyanat qəbul edib. Yekdilliklə qəbul olunmuş sənəddə Xocalıda baş vermiş faciəli hadisələr insanlığa qarşı cinayət kimi qiymətləndirilir.
Milliyyətçi Hərəkat Partiyasından millət vəkili, parlamentin xarici işlər komissiyasının üzvü Sinan Oğan Amerikanın səsinə müsahibədə sənədin əhəmiyyətindən danışıb.
Millət vəkili Türkiyədə bu il Xocalı hadisələrinə siyasi və hüquqi qiymətin verilməsi məsələsinə xüsusi diqqət olduğunu vurğulayıb.