Accessibility links

Cümə günü Vaşinqtonda erməni və azərbaycanlı icmaları piketlər keçirib


Cümə günü Vaşinqtonda erməni və azərbaycanlı icmaları piketlər keçirib
Cümə günü Vaşinqtonda erməni və azərbaycanlı icmaları piketlər keçirib

Fevralın 24-də Ermənistanın ABŞ-dakı səfirliyi qarşısında azərbaycanlı və türk icmalarının nümayəndələri Xocalı qətliamına etiraz əlaməti olaraq piket keçiriblər. Piketdə təqribən 30-dan çox adam iştirak edib. Əllərində Azərbaycan və Türkiyə bayraqları dalğalandıran piketçilər Xocalı qətliamını pisləyən müxtəlif növ şüarlar səsləndiriblər. Piket iştirakçıları Ermənistan qüvvələrinin Dağlıq Qarabağdan çıxarılmasına və Azərbaycanın ərazi bütövlüyünə hörmət edilməsinə çağırıblar. Ermənistan səfirliyi qarşısında toplaşmış diaspora nümayəndələri meqafonla çıxış etmiş və Dağlıq Qarabağ münaqişəsi haqda fikirlərini ərazidən keçən vətəndaşlarla paylaşmışlar.

Cümə günü Vaşinqtonda erməni və azərbaycanlı icmaları piketlər keçirib
Cümə günü Vaşinqtonda erməni və azərbaycanlı icmaları piketlər keçirib

Eyni gündə erməni icması Azərbaycanın Vaşinqtondakı səfirliyi qarşısında aksiya keçirib. Aksiya iştirakçıları Dağlıq Qarabağın müstəqilliyinin Azərbaycan tərəfindən tanınmasına çağırmışlar. Onlar habelə Sumqayıtda və Bakıda ermənilərin qətliama məruz qaldığını bildirmiş və baş vermiş hadisələrə görə Azərbaycan tərəfinin məsuliyyət daşıdığını bəyan etmişlər. Onlar Azərbaycanı Dağlıq Qarabağ ermənilərinə qarşı təcavüzə son qoymağa və “Qarabağdan əl çəkməyə” çağırıblar. Qarşı tərəfdə, küçənin Azərbaycan səfirliyi yerləşən hissəsində isə azərbaycanlı icması toplaşmış və Ermənistanı Azərbaycan ərazilərinə təcavüzdə ittiham edən şüarlar səsləndirmişlər.

XS
SM
MD
LG