Accessibility links

Fransa senatorları Azərbaycanda səfərdədir


Fransa senatorları Azərbaycanda səfərdədir
Fransa senatorları Azərbaycanda səfərdədir

Prezident Əliyev Fransa Senatında müzakirə olunan qanunu tarixi təhrif edən sənəd kimi dəyərləndirib

Fransa Senatının Cənubi Qafqaz ölkələri ilə dostluq qrupunun sədr müavini Natali Qulenin rəhbərlik etdiyi Fransa parlamentinin nümayəndə heyəti Azərbaycanda səfərdədir. Nümayəndə heyətinə senatorlar Evre More, Andre Rexar, Jan-Mari Bokel, Cani Lorju, Silvi Qo-Şaven daxilidir. Senatorlar Fransa parlamentinin tanınmış soyqırımları inkar edənlərin məsuliyyətə cəlb edilməsi ilə bağlı qanunu qəbul etdikdən sonra Azərbaycana gəlib. Bu senatorlar qanunun əleyhinə səs verib.

Parlamentin qərarı Azərbaycanda kəskin etirazlarla qarşılanıb. Fransanın Bakıdakı səfirliyi qarşısında etiraz aksiyaları keçirilib, prezident Sarkozinin müqəvvası yumurtalanıb. Etirazçılar eyni zamanda Fransanın Ermənistan-Azərbaycan münaqişəsində vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrliyindən uzaqlaşdırılmasını, Fransa parlamentinin Xocalı faciəsini soyqırım kimi tanımasını tələb edib.
Fransalı senatorlar bu gün Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə görüşüb.

Nümayəndə heyəti prezident İlham Əliyevlə də görüşüb. Cənab Əliyev Fransa Senatında müzakirə olunan qanunu tarixi təhrif edən, demokratiyaya, söz azadlığına zidd olan, yalan və saxta məlumatlara əsaslanan təşəbbüs kimi dəyərləndirib və qanunun qüvvəyə minməyəcəyinə ümidvar olduğunu bildirib.


XS
SM
MD
LG