Accessibility links

Fransa qanunvericiləri erməni soyqırımına dair qanunun ləğvinə çalışır


Fransa qanunvericiləri erməni soyqırımına dair qanunun ləğvinə çalışır
Fransa qanunvericiləri erməni soyqırımına dair qanunun ləğvinə çalışır

Həm Senat, həm Fransa parlamentinin aşağı palatasında qanunun əleyhinə olan qanunvericilər məhkəməyə bu gün müraciət edərək, ona yenidən baxılması üçün lazım olan 60-dan çox imzanın toplandığını bildirib

Fransa qanunvericiləri ölkəin konstitusiya məhkəməsinin erməni soyqırımını inkar edən yeni qanunun təhlili və dəyişdirilməsinə çağırır.

Həm Senat, həm Fransa parlamentinin aşağı palatasında qanunun əleyhinə olan qanunvericilər məhkəməyə bu gün müraciət edərək, ona yenidən baxılması üçün lazım olan 60-dan çox imzanın toplandığını bildirib.

Məhkəmənin bir ay ərzində qərar çıxaracağı gözlənilir. Qanunun konstitusiyaya zidd olduğu haqda qərar çıxarılsa, o, ləğv ediləcək.

Türkiyənin Baş naziri Rəcəp Tayyib Ərdoğan bu inkişafı alqışlayıb.

Fransa Senatının keçən həftə təsdiq etdiyi qanun Osmanlı imperatorluğu dövrü ermənilərin qətllərinin soyqırım olduğunun inkar edilməsinə görə cəza tətbiq edilməsini nəzərdə tutur.

Qanunla hadisələrin soyqırım olduğunu inkar edənlər 60 min avro miqdarında cərimə, ya da bir il həbs cəzası ala bilər. Ermənistan Birinci Dünya müharibəsi dövrü Osmanlı imperatorluğunda 1,5 milyon erməninin qətlə yetirildiyini bildirir.

Türkiyə ermənilərin vətəndaş müharibəsi nəticəsində öldüyünü, ölənlərin sayının şişirdildiyini və hadisələrin soyqırım kimi səciyyələndirilməli olmadığını bildirir.

Baş nazir Ərdoğan keçən həftə Fransa Senatının təsdiq etdiyi qərarı pisləyərək, onun diksriminasiya və irqçi xarakter daşıdığını və Türkiyənin Fransanı cəzalandıracağını deyib.

Türkiyə dekabr ayında qanun parlamentin aşağı palatasında təsdiq edildikdən sonra öz səfirini Fransandan geri çağırmışdı. Türkiyə həmçinin Fransa hərbi dəniz qüvvələrinin onun su hövzəsindən istifadəsinə və Fransa hərbi təyyarələrinin öz hava hövzəsində uçuşlarına qadağa qoyub.

XS
SM
MD
LG