Accessibility links

Azərbaycan prezidenti Fransa Konstitusiya Şurasının qərarını alqışlayır


Azərbaycan prezidenti Fransa Konstitusiya Şurasının qərarını alqışlayır
Azərbaycan prezidenti Fransa Konstitusiya Şurasının qərarını alqışlayır

Türkiyə hökuməti də hakimlərin qərarını alqışlayıb və bəyan edib ki, Parislə əməkdaşlığın bərpası məsələsinə baxacaq.

Prezident İlham Əliyev fevralın 28-də Fransa Konstitusiya Şurasının “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanunu ləğv etməsini alqışlayır.

Dövlət başçısının mətbuat xidmətinin məlumatında deyilir ki, Azərbaycan prezidenti Fransa Konstitusiya Şurasının bu ədalətli qərarını alqışlayır, bunu söz və fikir azadlığının təzahürü kimi dəyərləndirir.

Eyni zamanda, dövlət başçısı Fransa Senatının bir qrup üzvünün qondarma “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanunun ləğv edilməsi ilə bağlı Fransa Konstitusiya Şurasına və Fransa ictimaiyyətinə ünvanladığı müraciəti yüksək qiymətləndirir və Fransada bu qəti mövqedə duran bütün insanlara minnətdarlığını bildirir.

Fransa prezidenti Nikola Sarkozi Konstitusiya Şurasının dünənki qərarı nəzərə alınmaqla erməni soyqırımının inkarına görə cinayət məsuliyyəti haqqında qanunun yenidən işlənməsini tapşırıb. Bu barədə “Euronews” kanalı məlumat verib.

Belə ki, çərşənbə axşamı Şuranın hakimləri qərara alıblar ki, parlamentin təqdir etdiyi sənəd ölkənin əsas qanununa uyğun deyil.
Türkiyə hökuməti hakimlərin qərarını alqışlayıb və bəyan edib ki, Parislə əməkdaşlığın bərpası məsələsinə baxacaq. “Biz məhz bu qərarı gözləyirdik. Bu, böyük önəm daşıyır. Konstitusiya Məhkəməsi beynəlxalq hüquq, insan haqları və Avropa dəyərləri baxımından düzgün hərəkət edib”, - Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib.

XS
SM
MD
LG