Accessibility links

Turan İnformasiya Agentliyi fəaliyyətini dayandırır


Turan İnformasiya Agentliyinin logosu
Turan İnformasiya Agentliyinin logosu

Keçmiş Sovet İttifaqı məkanında yaradılan ilk müstəqil informasiya agentliyi olan Turan İnformasiya Agentliyi fəaliyyətini dayandırır. Bu barədə Turan İnformasiya Agentliyinin kollektivi fevralın 13-də oxucularına müraciət edib.

“Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb”, müraciətdə qeyd edilir.

Agentliyin kollektivi bu gün qaçılmaz bir reallıqla üzləşdiyini bildirir: “Daimi maliyyə çətinlikləri səbəbindən informasiya fəaliyyətimizi hazırkı formatda davam etdirmək mümkün deyil. Davam etmək üçün zəruri resursları təmin etmək yolunda dayanmadan göstərdiyimiz səylərə baxmayaraq, bizi uzun illər təqib edən maliyyə çətinlikləri nəhayət agentliyin fəaliyyətini mövcud formatda dayandırmaq barədə ağır qərar qəbul etməyə məcbur etdi”.

Agentliyin kollektivi bildirir ki, bu, missiyanın sonu deyil, əksinə, yeni bir inkişaf mərhələsidir.

“İnformasiya məkanı sürətlə dəyişir və biz də bu dəyişikliklərə uyğunlaşmağın vacibliyini anlayırıq. Qarşıdakı aylarda biz xəbər yayımı ilə yanaşı, dünyanın, regionun və ölkəmizin proseslərini təhlil edən, əsas problemləri müəyyən edib həll yolları təklif edən yeni bir format üzərində işləyəcəyik. Müasir jurnalistikanın gələcəyi təkcə xəbər vermək deyil, həm də ictimai rəyi formalaşdırmaqdır”, müraciətdə deyilir.

Mehman Əliyev: Fəaliyyətimizi hazırkı formatda davam etdirmək mümkün deyil
please wait

No media source currently available

0:00 0:03:31 0:00

Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Amerikanın Səsinə bildirib ki, agentliyin fəaliyyətini dayandırması maliyyə durumu ilə bağlıdır.

“Uzun illər çalışırdıq ki, agentliyin fəaliyyətini davam etdirək. Azərbaycanda azad medianın imkanları kifayət qədər məhduddur. Reklam bazarının həcmi də kifayət qədər məhduddur. Medianın reklam bazarı 2022-ci ildə cəmi 10 milyon manat olub. Onun da 95 faizi televiziyaların payına düşüb. 2023-cü ildə medianın reklam bazarı ilə bağlı isə rəsmi statistika açıqlanmayıb. Bu da reklam bazarının daha da aşağı olduğunun göstəricisidir. Bizə reklam verən də yoxdur. Təkcə abunə ilə yaşamaq isə çox çətindir. Ona görə də biz maksimal dərəcədə agentliyin fəaliyyətini davam etdirdik. Amma, indiki vəziyyətdə bu bizim üçün kifayət qədər çətinlik təşkil edir. Bu səbəbdən də fikirləşdik ki, fəaliyyətimizi dayandıraq və yeni formata keçək”, o qeyd edib.

Əliyev bildirib ki, agentliyin kollektivi yeni formatda daha çox analitik istiqamətlə məşğul olmaq fikrindədir.

“Analitik fəaliyyət daha perspektivlidir. Çünki informasiya axınları kifayət qədər çoxdur. İşimiz nə qədər alınacaq-alınmayacaq onu indi demək çətindir”, o qeyd edib.

Bir sıra medialarda Turan Agentliyinin USAİD (Amerika Beynəlxalq İnkişaf Agentliyi) və digər qərb qurumları tərəfindən maliyyələşdirilməsi ilə bağlı məlumatlar yayılır. Mehman Əliyev bununla bağlı sualın cavabında bildirib ki, agentlik heç bir xarici fonddan, agentlikdən vəsait almayıb.

“Biz USAİD-dən bir qəpik belə vəsait almamışıq”, o qeyd edib.

Siyasi təzyiqlərlə bağlı sualın cavabında o deyib ki, siyasi təzyiqlər həmişə var.

“Belə ki, agentliyin jurnalistləri heç zaman siyasi təzyiqlərə məruz qalmayıb. Məlumatlarımızla bağlı heç zaman məhkəmə iddiaları qaldırılmayıb. Amma, maliyyə çətinlikləri siyasidir. Azərbaycanda azad medianın iqtisadi dayağının olmaması özlüyündə siyasi təzyiqdir. Çünki maliyyə çətinliklərinin səbəbi siyasi sistemlə bağlıdır”, o qeyd edib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ və Rusiya rəsmiləri Ukrayna ilə bağlı atəşkəs təklifini müzakirə edəcək
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 0:12:25 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

Amerika İcmalı

Amerika İcmalı. Prezident Trampın Konqresin birgə iclasında məruzəsi. Ukraynada müharibəyə son qoymaq üçün diplomatik səylər.
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 0:30:36 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p
XS
SM
MD
LG