Accessibility links

Beynəlxalq təşkilatlar jurnalistləri dərhal azad etməyə çağırır


 Jurnalist Şahnaz Bəylərqızı və arqument.az saytının baş redaktoru Şəmşad Ağa
Jurnalist Şahnaz Bəylərqızı və arqument.az saytının baş redaktoru Şəmşad Ağa

Mərkəzi ofisi Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi (CPJ) arqument.az saytının baş redaktoru Şəmşad Ağanın həbsini pisləyir, Azərbaycan hakimiyyətini onu və həbsdə olan digər jurnalistləri azad etməyə çağırır.

"Şəmşad Ağanın həbsi Azərbaycan hakimiyyətinin ölkədəki kiçik və sıxışdırılmış media icmasını susdurmağa, daha da məhdudlaşdırmağa yönəlik amansız niyyətini ortaya qoyur. Hökumət mediaya bu görünməmiş təzyiqi dərhal dayandırmalı, Ağanı və digər haqsız həbs olunmuş jurnalistləri azad etməlidir", CPJ-nin Avropa və Orta Asiya proqramının koordinatoru Gülnoza Səid deyib.

Təşkilat Azərbaycanda son 15 ayda 21 jurnalistin saxlandığını bildirir. Azərbaycan 2024-cü ildə dünyada ən çox jurnalistin həbsdə olduğu 10 ölkə sırasında yer alıb.

Öz növbəsində Sərhədsiz Reportyorlar təşkilatı arqument.az saytının baş redaktoru Şəmşad Ağanın və Toplum TV-nın aparıcısı Şahnaz Bəylərqızının həbsindən narahatdır.

“RSF bu iki jurnalistin və hazırda ölkədə həbsdə olan digər 21 jurnalistin dərhal azad edilməsini tələb edir”, RSF-nin X platformasında qeyd edilib.

Fevralın 5-də jurnalist Şahnaz Bəylərqızı saxlanıb. Yaxınlarının bildirdiyinə görə, onun Bakı şəhərindəki mənzilində də axtarış aparılıb.

Yaxınlarının məlumatına görə, fevralın 5-də polisdə olarkən jurnalist Ş.Bəylərqızının qan təzyiqi qalxıb, təcili tibbi yardım çağırılıb.

Jurnalist Şahnaz Bəylərqızının "ToplumTV işi" ilə bağlı saxlandığı bildirilir. Onun istintaq zərurəti ilə əlaqədar saxlandığı deyilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Amerikanın Səsinə bildirilib ki, Şahnaz Hüseynova istintaq zərurəti ilə əlaqədar saxlanılıb, araşdırma aparılır.

Qeyd edək ki, Şahnaz Bəylərqızı “Toplum TV”nin “Toplumda 10-dan sonra” verilişinin aparıcısı olub. “Toplum TV”yə açılan cinayət işindən sonra isə verilişin yayımı dayandırılıb.

"ToplumTV işi" ilə bağlı həbslər ötən ilin martından başlayıb. Həmin vaxt bu işlə əlaqədar həbs edilənlər III Respublika Platformasının spikeri Akif Qurbanov, qurumun üzvü Ruslan İzzətli, Demokratik Təşəbbüslər İnstitutunun üzvləri Ramil Babayev, İlkin Əmrahov, Əli Zeynal, habelə ToplumTV-nin təsisçisi Ələsgər Məmmədli və jurnalist Müşfiq Cabbardır.

Bu ilin yanvarında əlavə olaraq həmin işlə əlaqəli Fərid İsmayılov da həbs edilib.

Fevralın 4-dən 5-nə keçən gecə arqument.az saytın baş redaktoru, jurnalist Şəmşad Ağa saxlanıb.

Jurnalistin yaxınları deyir ki, gecə saat 2-də onun Bakı şəhərində yaşadığı evdə axtarış aparılıb: "Şəmşadın köhnə telefonunu, kompüteri, modemi, jurnalist vəsiqələrini götürüblər".

Vəkil Şəhla Hümbətova Amerikanın Səsinə bildirib ki, Şəmşad Ağa "MeydanTV işi" üzrə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə şübhəli şəxs qismində saxlanılıb.

Hələlik, onun saxlanması xəbərinə rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

"MeydanTV işi" üzrə ötən il dekabrın 6-da altı jurnalist - Aynur Elgünəş, Xəyalə Ağayeva, Aytac Tapdıq, Aysel Umudova, Natiq Cavadlı və Ramin Cəbrayılzadə (Deko) saxlanılıb. Onların hər biri barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanılan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

Azərbaycan höküməti bu deyilənələrə hələlik şərh verməyib.

Rəsmi Bakı fikir və mətbuat azadlığının hədəf alınması, jurnalistlərin və fəalların siyasi motivlərlə əsassız yerə həbs edilməsi ilə bağlı ittihamları rədd edir, ölkədə fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının “tam olaraq” təmin edildiyini vurğulayır.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 0:12:05 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 0:25:08 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p
XS
SM
MD
LG