Accessibility links

 
"Abzas Media işi" üzrə həbs olunan Fərid Mehralızadə məhkəməyə zorakılıqla gətirildiyini deyir

"Abzas Media işi" üzrə həbs olunan Fərid Mehralızadə məhkəməyə zorakılıqla gətirildiyini deyir


Fərid Mehralızadə
Fərid Mehralızadə

Fevralın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyilə "Abzas Media işi" üzrə növbəti məhkəmə prosesi keçirilib.

Məhkəmədən öncə "Abzas Media"nın həbsdə olan əməkdaşları məhkəmə prosesində iştirak etməkdən imtina etdikləri ilə bağlı bəyanat yayıblar.

Jurnalistlər saxlandıqları 1 saylı Bakı İstintaq Təcrdxanasında onlara qarşı zorakılıq və qeyri-insani rəftarla bağlı şikayətlərinin məhkəmə tərəfindən araşdırılmadığını bildirirlər.

Bu gün keçirilən prosesə "Abzas Media işi" üzrə təqsirləndirilənlərdən Fərid Mehralızadə, Məhəmməd Kekalov və Hafiz Babalı gətirilib.

Mehralızadə məhkəməyə zorakılıqla gətirildiyini bildirib.

"Mən məhkəməyə gəlməkdən imtina etmişdim. Penitensiar Xidmətin işçiləri kamerama girib, qollarımı qandallayıb, məni məhkəməyə zorla gətirdilər", Fərid Mehralızadə məhkəmə prosesində deyib.

Onun sözlərinə görə, onlar məhkəməyə etiraz edirlər və jurnalistlərə qarşı baş verən ayrı-seçkiliklərə son qoyulmasını tələb edirlər.

"Bizi məhkəməyə ayrı-ayrı maşınlarda gətirirlər. Buna görə də hər dəfə prosesə gecikirik. İstintaq artıq bitib. Guya biz eyni maşında, yanbayan əyləşib gəlsək nə olacaq ki? Təcridxanada hərəkət edərkən qarşıdan "Toplum TV", yaxud "Meydan TV" işində həbs olunanlardan biri gəlirsə, bizi qırağa çəkib gizlədirlər, rastlaşmağa imkan vermirlər. Biz bu ayrı-seçkliyə son qoyulmasını tələb edirik. Əks halda məhkəməyə gəlməkdən imtina etməyə davam edəcəyik", o deyib.

Jurnalistlərin iddialarının araşdırılması üçün məhkəmə təxirə salınıb.

Növbəti məhkəmə prosesi fevralın 18-ə təyin olunub.

Məsələ ilə bağlı Penitensiar Xidmətdən mövqe almaq mümkün olmayıb.

"Abzas Media" işi ilə bağlı nə baş verib?

"Abzas Media" ilə bağlı cinayət işi üzrə saytın direktoru Ülvi Həsənli 2023-cü ilin noyabrın 20-də həbs olunub. İstintaqın həmin gün onun evində və “Abzas Media”nın ofisində axtarış apardığı və ofisdən 40 min avro pul tapıldığı bildirilib.

Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-ə keçən gecə xaricdən qayıdanda hava limanında saytın baş redaktoru Sevinc Vaqifqızı həbs olunub. Həmin iş üzrə jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs olunub.

Mayın 30-da isə "Abzas Media" işi üzrə iqtisadçı Fərid Mehralızadə saxlanılıb. İyunun 1-də Xətai Rayon Məhkəməsi iqtisadçı barəsində 3 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçib. Mehralızadə məhkəmədə təqsiri olmadığını və "Abzas Media" ilə heç bir işgüzar fəaliyyətinin olmadığını deyib.

Onların hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. Bu ilin avqust ayında isə "Abzas Media işi" üzrə həbs olunanlara qarşı 7 maddə ilə əlavə ittihamlar irəli sürülüb. Onlar Cinayət Məcəlləsinin 192.3.2-ci, 193-1.3.1-ci, 193-1.3.2-ci, 206.4-cü, 320.1-ci və 320.2-ci, 213.2.1-ci maddələri ilə (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə şəklində cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma, mütəşəkkil dəstə tərəfindən törədilmiş qaçaqmalçılıq, sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə, mütəşəkkil dəstə halında vergi ödəməkdən yayınma) maddələri ilə ittiham olunurlar.

Həmin iş üzrə bir sıra vətəndaş cəmiyyəti nümayəndəsi müxtəlif vaxtlarda Bakı Şəhər Baş Polis İdarəsində şahid qismində dindirilib, daha sonra sərbəst buraxılıblar.

Həbs olunanların heç biri özünü təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu deyir.

Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

Noyabrın 18-də Sərhədsiz Reportyorlar təşkilatı jurnalistlərə qarşı pis rəftarı qınayıb və onların azad edilməsinə dair çağırışını yeniləyib.

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Maykl O’Flaherti də Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubunda jurnalistlərin, hüquq müdafiəçilərinin və fəalların həbsi ilə bağlı narahatlıq ifadə edib, onların azad edilməsinə çağırıb.

Rəsmi Bakı isə jurnalistlərin əsassız həbsi ilə bağlı ittihamları rədd edir, ölkədə bütün hüquq və azadlıqların təmin edildiyini bəyan edir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ və Rusiya rəsmiləri Ukrayna ilə bağlı atəşkəs təklifini müzakirə edəcək
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 0:12:25 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

Amerika İcmalı

Amerika İcmalı. Prezident Trampın Konqresin birgə iclasında məruzəsi. Ukraynada müharibəyə son qoymaq üçün diplomatik səylər.
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 0:30:36 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p
XS
SM
MD
LG