Accessibility links

ABŞ səfirliyi Azərbaycan mediasında yer alan iddiaları təkzib edib


ABŞ səfirliyi
ABŞ səfirliyi

ABŞ-ın Azərbaycandakı səfirliyi Caliber.az internet nəşrində “Diana Braun və onun Bakıdakı "missiyası"- gizli kurator” adlı məqaləsində bu ölkənin Azərbaycandakı səfirliyinə qarşı yer alan iddiları təkzib edib.

ABŞ səfirliyinin sözçüsü Uilyam Murad Amerikanın Səsinin məqalədə yer alan iddialarla bağlı sorğusuna cavabda deyib: “Bu kobud, əsassız fərziyyədir və diqqəti real məsələdən - Azərbaycanda vətəndaş cəmiyyətinə və müstəqil mediayaya qarşı artan repressiyalardan yayındırmaq cəhdidir. Əvəzində, əsl jurnalistlər soruşa bilərlər ki, niyə hökumət öz vətəndaşlarının çoxunu boş bəhanələrlə həbs edib və beynəlxalq insan haqları öhdəliklərini yerinə yetirməyib”, o qeyd edib.

Caliber.az nəşrində dərc olunan məqalədə deyilir ki, ABŞ səfirliyinin əməkdaşı Diana Braun vətəndaş cəmiyyətini və müxalif medianı maliyyələşdirməkdə iştirak edir.

Məqalədə dekabrın 3-də həbs edilən ABŞ Dövlət Departamenti tərəfindən insan hüquqları sahəsində mükafata layiq görülmüş Rüfət Səfərovla bağlı iddialar da yer alıb.

Forum

XS
SM
MD
LG