Accessibility links

ABŞ Dövlət katibi postsovet ölkələrinin QHT təmsilçiləri ilə görüşüb


ABŞ Dövlət katibinin MDB ölkələrinin QHT təmsilçiləri ilə görüşü (Fotonu Emin Hüseynov təqdim edib)
ABŞ Dövlət katibinin MDB ölkələrinin QHT təmsilçiləri ilə görüşü (Fotonu Emin Hüseynov təqdim edib)

ATƏT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının Maltada keçirilən iclası çərçivəsində dekabrın 5-də ABŞ-ın Dövlət katibi Antoni Blinken Azərbaycan, Belarus, Qırğızıstan, Rusiya və Ukrayna vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüb. Görüş bir saatadək davam edib.

İclasda Azərbaycan vətəndaş cəmiyyətini siyasi mühacirətdə olan hüquq müdafiəçisi Emin Hüseynov təmsil edib.

Hüseynov Amerikanın Səsinə bildirib ki, görüş zamanı o, Azərbaycanda insan haqlarının vəziyyətinin pisləşməsi, fəalların və jurnalistlərin həbsi, o cümlədən hüquq müdafiəçisi Rüfət Səfərovun son həbsindən danışıb.

ABŞ Dövlət katibinin MDB ölkələrinin QHT təmsilçiləri ilə görüşü (Fotonu Emin Hüseynov təqdim edib)
ABŞ Dövlət katibinin MDB ölkələrinin QHT təmsilçiləri ilə görüşü (Fotonu Emin Hüseynov təqdim edib)

Hüseynovun sözlərinə görə, Blinken Səfərovun həbsindən xəbərdar olduğunu deyərək, Vaşinqtonda Azərbaycanda haqsız yerə həbs edilən şəxslərin işlərinin diqqətlə izlənildiklərini bildirib.

Emin Hüseynov ABŞ-ın həm ölkə daxilində, həm də xaricdə fəaliyyət göstərən Azərbaycan vətəndaş cəmiyyətinə institusional və siyasi dəstəyinin gücləndirilməsinin zəruriliyini qeyd edib. Bu, insan hüquqlarının müdafiəsi və demokratik dəyərlərin təşviqi istiqamətində səylərin səmərəliliyinin artırılması üçün çox vacibdir.

Hüseynov görüşdə həmçinin yanvarın 20-də ABŞ-da yeni administrasiya fəaliyyətə başlayandan sonra yeni dövlət katibinin də Azərbaycanda insan hüquqları sahəsinə diqqəti artırmasını xahiş edib. O, Blinkendən xahiş edib ki, Avropa İttifaqı ölkələrinin də Azərbaycanda insan hüquqlarına dəstəyi artırmasının zəruriliyini onların diqqətinə çatdırsın.

Görüşdə ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen də iştirak edib.

Forum

XS
SM
MD
LG